...

Bəxtiyar Əliyev: 2015-ci il Azərbaycan üçün çox uğurlu bir il oldu

Siyasət Materials 1 Yanvar 2016 18:46 (UTC +04:00)
Hesab edirəm ki, 2015-ci il Azərbaycan üçün çox uğurlu bir il oldu. Bu il Azərbaycan beynəlxalq forumlardan tutmuş Birinci Avropa Oyunlarına qədər bir sıra uğurlu layihələr həyata keçirdi.
Bəxtiyar Əliyev: 2015-ci il Azərbaycan üçün çox uğurlu bir il oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Hesab edirəm ki, 2015-ci il Azərbaycan üçün çox uğurlu bir il oldu. Bu il Azərbaycan beynəlxalq forumlardan tutmuş Birinci Avropa Oyunlarına qədər bir sıra uğurlu layihələr həyata keçirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev vurğulayıb ki, 2015-ci ildə bütün dünyada gedən maliyyə, iqtisadi və siyasi böhrana baxmayaraq, Azərbaycan iri layihələr gerçəkləşdirdi: "2015-ci ildə müdafiə, ərzaq, iqtisadi və maliyyə təhlükəsizliyi baxımından Azərbaycanın hərtərəfli təhlükəsizliyi təmin edildi. Prezident İlham Əliyev çox uğurlu, uzaq perspektivə və Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə hesablanmış bir siyasət həyata keçirir. Bu siyasət isə Azərbaycana yalnız uğurlar gətirir. Baxmayaraq ki, Azərbaycana qarşı ikili, qeyri-obyektiv və qərəzli münasibətlər var, Azərbaycan öz demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla addımlayır".

B.Əliyev deyib: "Əminəm ki, Azərbaycanı bu yoldan heç bir qüvvə döndərə bilməz. Azərbaycan dövləti, onun prezidenti İlham Əliyev xalqımızın xöşbəxt gələcəyi üçün bu siyasəti həyata keçirir. Bu siyasət də Azərbaycana yalnız uğurlar gətirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti