...

Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin tərkibinə yenidən baxılacaq

Siyasət Materials 7 Yanvar 2016 16:07 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə yenidən baxılacaq. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Qeyd olunub ki, məsələyə yaxın zamanlarda, yəni NATO PA-nın yaz sessiyasına qədər baxılacaq və nümayəndə heyətinin tərkibi yenidən təsdiq ediləcək. Bildirilib ki, nümayəndə heyətinin tərkibinə dəyişikliyin olub-olmayacağı hələlik məlum deyil.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanı NATO PA-da Milli Məclis sədrinin birinci müavini, NATO PA-da nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərov, Milli Məclisin deputatları Siyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev təmsil ediblər.

Nümayəndə heyətinin tərkibinə daxil olan deputatların hər biri V çağırış Milli Məclisə seçkilərdə yenidən deputat seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti