...

Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyəti məyyən olunub

Siyasət Materials 18 Yanvar 2016 13:39 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.
Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyəti məyyən olunub

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə 3 yeni deputat daxil edilib. Bunlar Milli Məclisin üzvləri Vüsal Hüseynov, Elşən Musayev və Müslüm Məmmədovdur.

Ümumilikdə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Musrafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti