...

Bəxtiyar Əliyev: Əhalinin sosial müdafiəsi dövlət başçısının şəxsən nəzarətindədir

Siyasət Materials 18 Yanvar 2016 17:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev həmişə əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi addımlar atıb.
Bəxtiyar Əliyev: Əhalinin sosial müdafiəsi dövlət başçısının şəxsən nəzarətindədir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev həmişə əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi addımlar atıb. Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev dövlət başçısının iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

B.Əliyev qeyd edib ki, heç bir böhrana, çətinliklərə baxmayaraq, əhalinin sosial müdafiəsi dövlət başçısının şəxsən nəzarətindədir, bu sahədə lazımi addımlar atılacaq və xüsusi dövlət proqramı həyata keçiriləcək: "Dünyada ağır iqtisadi, maliyyə və siyasi böhranlar yaşanır və şübhəsiz ki, bu da Azərbaycana təsirsiz ötüşmür. Amma dövlət başçısı bu məsələni daim diqqətdə saxlayır və əhalinin sosial müdafiəsini gücləndirir".

O, əlavə edib ki, dünyanın heç bir ölkəsində iqtisadi böhran vaxtı pensiyalar, əməkhaqları artırılmır: "Lakin Azərbaycanda dövlət başçısının müvafiq sərəncamları ilə pensiyalar, təqaüdlər, əməkhaqları artırıldı".

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin son fərmanları ilə pensiyaların, təqaüdlərin artırılması, ərzaq məhsullarının qiymətlərinin stabilləşdirilməsi və digər bu kimi tədbirlər əhalinin sosial müdafiəsinə yönəlib və bununla, Azərbaycan daxilində əhalinin bu böhranı çox az hiss etməsinə nail olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti