...

Azərbaycanda qaçqın və məcburi köçkünlərin repatriasiyası haqqında qanun layihəsi hazırlanır

Siyasət Materials 28 Yanvar 2016 12:16
Azərbaycanda "Qaçqın və köçkünlərin bağlı repatriasiyası haqqında" qanun layihəsi hazırlanır.
Azərbaycanda qaçqın və məcburi köçkünlərin repatriasiyası haqqında qanun layihəsi hazırlanır

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda "Qaçqın və köçkünlərin repatriasiyası haqqında" qanun layihəsi hazırlanır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sərdi Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

Komitənin yaz sessiyası qanunvericiliyinin işlər planı haqqında danışan H.Rəcəbli bildirib ki, yaz sessiyasında iki - "Əlillərin hüquqları haqqında" və "Turizm haqqında" qanun layihələrinə baxılacaq.

H.Rəcəbli qeyd edib ki, "Əlillərin hüquqları haqqında" qanun layihəsi əvvəllər qəbul olunan "Əlilliyin qarşısının alınması haqqında" qanunun yenidən işlənilmiş variantıdır: "Çünki həmin qanun aktuallığını qismən itirmişdi. Buna görə də onu yenidən işləmək ehtiyacı yaranmışdı".

H.Rəcəbli əlavə edib ki, bundan başqa, Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti