...

Malena Mard: "Avropa İttifaqı Azərbaycandakı islahatları dəstəkləyir"

Siyasət Materials 2 Fevral 2016 15:33 (UTC +04:00)
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyeva olmaqla Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
Malena Mard: "Avropa İttifaqı Azərbaycandakı islahatları dəstəkləyir"

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyeva olmaqla Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Caspian European Club-dan Trend-ə verilən məlumata görə, görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif mövzulara, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub.

M.Mard Caspian European Club-un (Caspian Business Club) fəaliyyətini və Klub tərəfindən keçirilən tədbirləri yüksək qiymətləndirib.

Görüşdə M.Mard qeyd edib ki, Cənub Qaz Dəhlizi (CQD) Aİ üçün prioritet təşkil edir. "Biz 2020-ci ildə Azərbaycan qazını alacağımıza ümid edirik. Bundan əlavə, əldə olan məlumatlara görə, TANAP layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuş qrafiki qabaqlayır", - deyə o qeyd edib.

M.Mard Avropa şirkətlərinin Azərbaycan şirkətləri ilə yüksək əməkdaşlıq potensialından da danışıb. Onun sözlərinə görə, Azərbaycanla Aİ arasındakı yaxın və sıx əlaqələr ilbəil daha da inkişaf edir.

Bundan əlavə, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Aİ-nin Azərbaycanda nəhəng investor olduğunu da vurğulayıb.

M.Mard Aİ-nin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatları, o cümlədən ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində atılan addımları dəstəklədiyini və özəlləşdirmənin inkişafını diqqətlə izlədiyini qeyd edib. Səfir Avropa şirkətlərinin bu baxımdan Azərbaycanda böyük rol oynaya biləcəklərini vurğulayıb. Onun sözlərinə görə, Avropa şirkətləri burada Azərbaycanın gələcəkdə yararlana biləcəyi təcrübələrini nümayiş etdirməkdən ötrü fəaliyyət göstərirlər.

Avropa İttifaqının Azərbaycandakı səfiri həmçinin Aİ-nin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq etdiyini və turizmin inkişafının konkret istiqamətləri üzrə öz tövsiyələrini verdiyini qeyd edib. M.Mard bildirib ki, Aİ-nin Dövlət Statistika Komitəsi ilə də iqtisadi islahatlara yardım edəcək birgə layihəsi mövcuddur.

Səfir kənd təsərrüfatı və yüksək keyfiyyətli məhsulların Avropa bazarına çıxarılması üzrə də əməkdaşlığın böyük potensialı olduğunu qeyd edib. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi ilə ardıcıl işlər aparılır. "Azərbaycan yükəsək keyfiyyətli məhsullara sahib olsa da, distribütorluq sisteminin inkişafı üzrə işləri sürətləndirmək qaçılmazdır", - deyə o bildirib.

Görüşün sonunda M.Mard Caspian Energy jurnalına eksklüziv müsahibə verib. O, müsahibədə ikitərəfli münasibətləri, iqtisadi və investisiya əməkdaşlığını genişləndirmək imkanlarından bəhs edib, enerji bazarının inkişaf hədəflərindən danışıb, həmçinin turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələsinə toxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti