Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir

Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir

Bakı. Trend:

Azərbaycan müstəqillik illərində başlanan sürətli və davamlı inkişaf yolunu 2015-ci ildə də böyük uğurla davam etdirmiş, dövlətçilik ənənələrini daha da zənginləşdirmiş, bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə yanaşı, həm də çətin sınaqlara sinə gərmişdir. Bu sınaqlardan qalibiyyətlə çıxan ölkəmizin tarixində ötən il ən coşqun və dinamik illərdən biri kimi qalmışdır. İstər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində baş verən ciddi proseslərin yaşandığı bu zaman kəsiyində görülən işlərə, xüsusilə respublika vətəndaşlarının öz müraciətlərində qaldırdıqları problemlərin həllinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına, hüquq və azadlıqlarının təmin edilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlər barədə daha ətraflı məlumat vermək üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AZƏRTAC-da dərc edilmiş təhlili materialını təqdim edirik.

(məqalənin əvvəlini bu linkdən oxuya bilərsiniz)

Vətəndaş müraciətlərinə baxılmasına və məmur-vətəndaş münasibətlərinə yeni impuls verən qanun

Azərbaycan Prezidenti ölkənin demokratik təsisatlarının daha da möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha yaxşı təmin edilməsinə, insanların arzu və istəklərini, eyni zamanda, cəmiyyətin problemlərini özündə əks etdirən vətəndaş müraciətlərinə diqqətin artırılmasına böyük əhəmiyyət verir. Vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır, onların Konstitusiya hüquqlarını daha yaxşı təmin etmək üçün ulu öndər Heydər Əliyevin başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu baxımdan "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununu və bu qanunun tətbiqi barədə 12 noyabr tarixli Fərmanı xüsusi qeyd etməliyik. Artıq hər yerdə qanunun müddəaları dövlət qulluqçuları, həmçinin müraciətlərə baxan digər subyektlər tərəfindən diqqətlə öyrənilir, respublika qanunvericiliyinin bu qanuna uyğunlaşdırılması, ondan irəli gələn normativ hüquqi aktların hazırlanması üçün müvafiq Fərmana uyğun olaraq lazımi tədbirlər görülür.

Bir daha qeyd etməliyik ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı və tövsiyəsi ilə hazırlanmış yeni qanun müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq bir çox yeni müddəalarla zənginləşdirilmiş, ilk növbədə, vətəndaşların müraciətlərinə baxılmasında tələbkarlığın artırılmasına, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, həmçinin 94-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq "Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı"nın daha etibarlı surətdə həyata keçirilməsinə yönəldilmişdir.

Qanunun şərhi ilə bağlı 2015-ci il dekabrın 2-də respublika mətbuatında dərc olunan materialda göstərdiyimiz kimi, dövlət orqanları, həmçinin ictimai təşkilatlar və özəl qurumlarla vətəndaşlar arasında münasibətlərin tənzimlənməsində yeni dövr açan bu qanunun əvvəlki redaksiyasından fərqli cəhətləri çoxdur. Əvvəlki qanun cəmi 13 maddə və 51 hissədən ibarət idisə, yeni qanuna bir sıra maddələr artırılaraq onların sayı 17-yə, bənd və yarımbəndlərin sayı isə 112-yə çatdırılmışdır. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa uyğun olaraq bu bəndlər və yarımbəndlərin hər biri qanunun müvafiq maddəsi hesab olunur. Yeni qanunda cəmiyyətin bütün strukturlarında, o cümlədən dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında, bir sözlə, müraciətə baxan subyektlərdə vətəndaşların müraciətlərinə baxılması prinsipləri və şərtləri, formaları, müddətləri və digər xüsusiyyətləri öz əksini tapmışdır.

Qanunun 1-ci maddəsində vətəndaşların müraciət edə biləcəkləri dövlət orqanlarının spektri, həmçinin 5-ci maddəsində qanunun tətbiq dairəsi xeyli genişləndirilmiş və siyahısı müvafiq icra hakimiyyəti orqanı - yəni, Nazirlər Kabineti tərəfindən təsdiq olunan ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, habelə normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərə və fərdi sahibkarlara da şamil olunmuşdur.

"Əsas anlayışlar" adlı 3-cü maddədə əvvəl cəmi üç anlayışın - təklif, ərizə və şikayətin izahatı var idisə, indi həmin maddəyə yeni anlayışlar əlavə edilərək onların ümumi sayı 15-ə çatdırılmış və müraciət edən şəxs, müraciət, müraciətə baxan subyekt, müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi, müraciətə baxan subyektin vəzifəli şəxsi, şifahi müraciət, telefon müraciət xidməti, yazılı müraciət, elektron müraciət, kollektiv müraciət, təkrar müraciət, anonim müraciət kimi anlayışların da tərifi verilmişdir. Göstərilən anlayışlar qanunda bilavasitə konkretliyin təzahürü sayıla bilər və qanunda istifadə edilən əsas anlayışların məna tutumunu dəqiq müəyyənləşdirir.

Qanuna yeni daxil edilmiş mühüm maddələrdən biri də "Vətəndaşların müraciətlərinə dair tələblər" adlı 6-cı maddədir ki, bu maddədə müraciətlərin forması, yazılı müraciətlərdə göstərilməli əsas məlumatlar, bu məlumatlar olmadıqda, yaxud düzgün göstərilmədikdə, onların anonim hesab edilməsi, elektron müraciətin verilmə qaydası və ona dair tələblər, rekvizitlərinin nədən ibarət olduğu dəqiq müəyyənləşdirilib. Vətəndaşlar bilməlidirlər ki, qanunun 6.9-cu maddəsində göstərildiyi kimi, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.

Qanunun "Müraciətin baxılmamış saxlanması" maddəsində həm vətəndaşları, həm də müraciətə baxan subyektləri daim narahat edən bir məsələ də konkretləşdirilib. Müəyyən olunur ki, vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır. Lakin bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir. Burada müraciətlərə baxan vəzifəli şəxslərin diqqətinə bir məsələni çatdırmağı olduqca vacib sayırıq. Qanunun verdiyi bu imkandan heç kəs sui-istifadə etməməlidir və edə bilməz. Əsaslandırılmış cavab ümumi, başdansovdu sözlərdən ibarət olmamalı, hüquqi cəhətdən qanunlara tam uyğun hazırlanmalı, haqlı olub-olmaması vətəndaşa sübut edilməlidir.

Qanunun diqqəti cəlb edən əsas maddələrindən biri müraciətlərə baxılma müddətinin daha dəqiq göstərilməsidir. Belə ki, Qanunun bəzi maddələrində əvvəlki qanundan fərqli olaraq "iş günü" anlayışı tətbiq edilmişdir. Bu əlavənin əsas məqsədi ondan ibarətdir ki, vətəndaşların müraciətlərinə bu Qanunla müəyyən olunmuş müddətlərdə baxmaq, icrasına düzgün və obyektiv nəzarət etmək üçün onların aidiyyəti orqanlara çatdırılmasına sərf edilən vaxt, həmçinin bazar və bayram günləri nəzərə alınmalıdır.

Qanunun 9-cu maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlər üzrə xidməti araşdırmanın 20 iş günü müddətində başa çatdırılmalı olduğu, əlavə məlumat tələb olunduqda isə bu müddətin dövlət orqanı rəhbəri tərəfindən 10 iş günü uzadıla bilməsi, ümumiyyətlə isə qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada, dövlət orqanları istisna olmaqla, müraciətlərə baxan digər subyektlərdə belə müraciətlərə 20 iş günü müddətində baxılmalı olduğu müəyyən edilmişdir.

Müraciətlərə baxılması üzrə nəzarətin həyata keçirilməsindən bəhs edən 13-cü maddədə göstərilir ki, müraciətə baxan subyektlərdə kargüzarlıq işinin aparılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı - yəni, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir.

Qanunun əsas maddələrindən biri də 16-cı maddədir və bu qanunun pozulmasına görə məsuliyyəti müəyyən edən həmin maddədə konkret olaraq göstərilir ki, belə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin məcəllələrin müvafiq maddələri bu məsuliyyətin nədən ibarət olduğunu ehtiva edir.

Azərbaycan Respublikasının yeni qəbul olunmuş bu qanunu ölkə Prezidentinin vətəndaşlara, onların problemlərinə böyük qayğı və diqqətinin yeni təzahürüdür.

Prezident Administrasiyasına daxil olan müraciətlər

dövlət başçısına olan yüksək inamdan irəli gəlir

Cəmiyyətdə gedən prosesləri özündə əks etdirən, cəmiyyətin döyünən nəbzi sayılan vətəndaş müraciətlərini təhlil etmək, onların sayını, mövzularını, bəhs etdikləri problemləri və bunların həlli üçün görülən tədbirləri araşdırmaq, öyrənmək dövlət idarəetməsində mühüm vasitələrdən biridir.

Azərbaycan Respublikasının Prezidenti 2015-ci ilin yayında Şəki Məhkəmə Kompleksinin açılışında cəmiyyətdə, ümumiyyətlə, həyatda hər şeyin ədalət əsasında qurulmalı olduğunu, ədalətli qərarların insanlarda dövlətə inamı artırdığını, eyni zamanda, həyatımızı tənzimlədiyini qeyd edərək ictimai rəyin öyrənilməsinə xüsusi əhəmiyyət vermiş, Prezident Administrasiyasına və digər dövlət orqanlarına daxil olan müraciətlərə baxılması barədə demişdir: "... biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır".

2015-ci ildə Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin öyrənilməsi göstərir ki, 2014-cü illə müqayisədə müraciətlərin sayı azalsa da, ölkə vətəndaşları öz problemlərini mərkəzi və yerli icra hakimiyyətləri, bələdiyyələr, mərkəzi dövlət orqanlarının yerli qurumları, eləcə də özəl qurumların rəhbərləri və nümayəndələri vasitəsilə həll edə bilmədikdə, bir çox məqamlarda bilavasitə Azərbaycan Respublikasının Prezidentinə, onun Administrasiyasına müraciət etməyə üstünlük verirlər.

Müraciətlərin növlər üzrə təsnifatı göstərir ki, ümumiyyətlə, 2015-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 67,8 faizini ərizələr, 31,2 faizini şikayətlər, 1 faizini təkliflər təşkil etmişdir.

İlk növbədə, onu qeyd etməliyik ki, müraciətlərdə ictimai əhəmiyyətli təkliflər daha da artmışdır. 2015-ci ildə Prezident Administrasiyasına daxil olan təkliflərdə Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirmək, ən müasir tələblərə cavab verən yeni sənaye sahələri yaratmaq, ölkənin beynəlxalq imicini daha da yaxşılaşdırmaq üçün həm ölkə vətəndaşları, həm də xaricdə yaşayan soydaşlarımız tərəfindən maraqlı mülahizələr, fikirlər və rəylər bildirilmişdir. Bu müraciətlərdə ulu öndər Heydər Əliyevin xatirəsinin daha geniş əbədiləşdirilməsi, Qarabağ probleminin həlli, bəzi tarixi şəxsiyyətlərimizin ev-muzeylərinin yaradılması, ölkə alimlərinin elmi araşdırmalarından iqtisadiyyatda daha geniş istifadə olunması, elmin dotasiya ilə yaşayan sektordan büdcəyə gəlir gətirən sektora çevrilməsi, ölkədə ixracyönümlü məhsulların daha çox istehsal edilməsi, dərman istehsalının təşkil edilməsi, təbii ehtiyatlar əsasında kurort-müalicə potensialının genişləndirilməsi, camışçılığın inkişaf etdirilməsi, aqrotexniki servis xidmətlərinin yaradılması, turizmin inkişafı, yeni idman meydançalarının tikilməsi və sair məsələlər yer almışdır.

Müraciətlərin böyük əksəriyyətini təşkil edən ərizələrin əsas mövzuları sosial müdafiə, yəni, müvafiq əlillik dərəcəsinin, ünvanlı sosial yardımların, əlil arabalarının və minik avtomobillərinin verilməsi, mənzil problemlərinin həll edilməsi, məzunların ixtisas üzrə işlə təmin olunması, maliyyə və bank məsələləri, xaricdə müalicə və müayinəyə, dərman preparatları ilə təmin olunmaya kömək göstərilməsi, əfv və digər məsələlər barəsində xahişlərdən ibarətdir.

Ərizələrin demək olar ki, xeyli hissəsi müsbət həll olunmuş, xahişlərin reallığı nəzərə alınaraq vətəndaşlara müvafiq kömək göstərilmiş və ya əsaslandırılmış cavablar verilmişdir. Bunu vətəndaşların əksər müraciətlərində müşahidə etmək mümkündür. Bəzi hallarda isə xahişlərin yerinə yetirilməsinin imkan xaricində olması barədə vətəndaşa yazılı və şifahi izahatlar verilmişdir.

Ümumiyyətlə, Prezident Administrasiyasına daxil olan müraciətlərin mövzuları çox müxtəlifdir. Müəyyən edilmiş təsnifat üzrə aparılan təhlillər göstərir ki, 2015-ci ildə vətəndaşlardan sosial müdafiə, əmək mübahisələri, işdən çıxarılma, ixtisar olunma, məhkəmə, milli təhlükəsizlik orqanlarının fəaliyyəti, maliyyə və bank, məişət, sənaye, sahibkarlığın inkişafı, səhiyyə, kənd təsərrüfatı məsələləri barəsində müraciətlər əvvəlki ilə nisbətən artmışdır. Bəzi mövzular, o cümlədən şəhər və rayon icra hakimiyyətlərinin və bələdiyyələrin, polis və prokurorluq orqanlarının fəaliyyəti, nəqliyyat, ekologiya və təbii sərvətlər, torpaq, təbii fəlakət hadisələri, şəhərsalma və tikinti, evlərin, mənzillərin sənədləşdirilməsi, mənzil məsələləri barədə müraciətlərin sayı nisbətən azalmışdır. Ekoloji problemlərlə bağlı müraciətlərin sayının xeyli azalması ölkədə bu problemlərin müntəzəm həll olunmasından xəbər verir.

Prezident Administrasiyasına daxil olan müraciətlərin sayının təhlili göstərir ki, bir sıra şəhər və rayonlardan əvvəlki illə müqayisədə müraciətlərin sayı müəyyən qədər artmışdır. Bu baxımdan Bakı şəhərinin bəzi rayonlarını, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Bərdə, Göygöl, Laçın, Lerik, Neftçala, Salyan, Tovuz, Yardımlı, digər şəhər və rayonları göstərmək olar.

Müraciətlərin sayının əvvəlki ilə nisbətən azaldığı rayonlar isə Bakı şəhərinin ayrı-ayrı rayonları, Cəbrayıl, Füzuli, Kəngərli, Kürdəmir, Ordubad, Sədərək, Şahbuz, Şuşa, Zaqatala, Zəngilan, başqa şəhər və rayonlardır.

Respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərin sayı öyrənilərkən, bir qayda olaraq, hər 1000 nəfərə düşən müraciətlərin sayı maraq doğurur. Çünki bu göstərici real mənzərəni daha yaxşı əks etdirir. Bu baxımdan əhalinin hər 1000 nəfərindən Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı orta respublika göstəricisinə nisbətən 2015-ci ildə Bakı şəhəri və onun Xəzər, Qaradağ rayonlarından, Mingəçevir, Naftalan, Beyləqan, Bərdə, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan yüksək olmuşdur.

Eyni zamanda, qeyd etməliyik ki, 2015-ci ildə şəhər, rayon icra hakimiyyətlərinə yuxarı dövlət orqanlarından və bilavasitə daxil olan müraciətlərin faiz göstəriciləri müvafiq olaraq 43,8 və 56,2 faiz təşkil etmişdir. Qeyd etmək lazımdır ki, bəzi şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Bakı şəhərinin bəzi rayonları, Mingəçevir, Ağdaş, Astara, Beyləqan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Masallı, Neftçala, Şabran, Tovuz, Yardımlı, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olmuşdur.

Mərkəzi icra hakimiyyəti orqanlarına isə il ərzində daxil olmuş müraciətlərin 27,1 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 72,9 faizi isə bilavasitə vətəndaşlardan daxil olmuşdur. Vətəndaşlardan bilavasitə daxil olan müraciətlərin sayı Mərkəzi Bank, "Azərişıq", "Azərenerji", "Azneftkimyamaş" ASC-lərdə, "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatında daha az olmuşdur.

2015-ci ildə dövlət orqanlarının mərkəzi aparatlarına daxil olmuş müraciətlər 2014-cü illə müqayisədə 4,8 faiz azalmışdır. Həmin müraciətlərin 70 faizi ərizə, 29,5 faizi şikayət, 0,5 faizi təkliflərdən ibarətdir.

2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan müraciətlərin 33,6 faizi müsbət həll olunub, 28,6 faizi aidiyyəti üzrə baxılmaq üçün göndərilib, 24,9 faizinə müvafiq izahat verilib, 9,1 faizi əsassız sayılıb, 3,8 faizi icradadır. Yerli icra hakimiyyəti orqanlarında isə daxil olan müraciətlərin 34,5 faizi müsbət həll olunub, 45,7 faizinə müvafiq izahat verilib, 9,6 faizi isə aidiyyəti üzrə baxılmaq üçün göndərilib, 6 faizi əsassız sayılıb, 4,2 faizi icradadır.

Prezident Administrasiyasına daxil olan müraciətlərin müvafiq şəhər və rayonun kənd və qəsəbələrini nə dərəcədə əhatə etməsi, yəni, bu müraciətlərin coğrafiyası da az əhəmiyyət daşımır. Bəzi rayonların qəsəbə və kəndlərinin bir çoxundan Prezident Administrasiyasına müraciət daxil olur. Məsələn, Yevlax, Ağdaş, Ağstafa, Beyləqan, Cəlilabad, Daşkəsən, Göygöl, İmişli, Qazax, Neftçala, Samux, Şəmkir, Zaqatala, başqa şəhər və rayonları misal göstərmək olar.

Təkrar müraciətlər isə Bakı şəhəri və onun bəzi rayonlarından, eləcə də Şəki, Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Göyçay, Kəlbəcər, Laçın, Masallı, Saatlı, Şəmkir, Ucar, digər şəhər və rayonlardan daha çox olmuşdur.

Təkrar müraciətlərin sayı Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından, həmçinin Pirallahı, Naftalan, Xızı, Xocavənd, Qax, Qobustan, Qusar, Neftçala, Oğuz, Samux, Şuşa, Zəngilan, digər şəhər və rayonlardan daha az olmuşdur.

Vətəndaşların təkrar müraciətlərinin olmasının əsas səbəbi odur ki, vətəndaşlar eyni məsələ ilə əlaqədar müxtəlif dövlət orqanlarına yazdıqları müraciətlərə qaneedici cavablar ala bilmir və buna görə yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına müraciət etməyə məcbur olurlar.

Təkrar müraciətlərin sayının çox olmasının digər səbəbi isə bu işdə "səy göstərən" vətəndaşlardır və onlar ötən il də fəal olmuşlar. Onlardan bəziləri müntəzəm və çox vaxt da əsassız müraciətlər yazmaqda davam edir və bu ənənəni neçə ildir ki, qoruyub saxlayırlar. Buna misal olaraq, Binəqədidən Roza Hümbətova və Zərbani Ağayevanı, Xətaidən Elman Heydərovu, Qönçə Səmədovanı, Nərimanovdan Kamran Rəcəbovu və Rəşad Səlimlini, Nəsimidən Sevda Hüseynova və Oqtay Əliyevi, Sabunçudan Olqa Smolyaninovanı, Səbaildən Akif Əliyev və Alya Təmrazovanı, Yasamaldan Sevda Süleymanova, Yelena Yusifova, Emil Qasımov və Susanna İslamzadəni, Lənkərandan Nazim Məmmədovu, Mingəçevirdən Kifayət Məmmədovanı, Abşerondan Tural Əhmədov və Lətifə Zeynəddinovanı, Ağdamdan Rövşən Şıxıyevi, Biləsuvardan Şəhla Məmmədovanı, Goranboydan Qinyaz Süleymanov, Tofiq Həsənzadə və Fəxrəddin Həsənovu, Kürdəmirdən Saməddin Süleymanov və Rüstəm Rəsulovu, Laçından Xanlar Tarıverdiyevi, Lerikdən Fərman Rəhimovu, Masallıdan Şahid Əliyev, Nərgiz Əmirovanı və başqalarını göstərmək olar. Adları çəkilən şəxslər Prezident Administrasiyasında müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən dəfələrlə qəbul olunmuş və onlara lazımi izahat verilmişdir.

Ümumiyyətlə, təkrar müraciətlərdən danışarkən qeyd etməliyik ki, onların böyük əksəriyyəti məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyəti, sahibkarlıq, mənzil və məişət məsələləri barəsindədir. Belə müraciətlərin olmaması üçün əsas vasitə vətəndaşın xahiş və ya tələbinin hüquqi cəhətdən nə dərəcədə doğru olduğunu ona lazımınca izah etməkdir.

Şikayət vətəndaşın narahatlığıdır, bu, məmurları daha çox narahat etməlidir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan şikayətlərin də sayı az deyildir. Şikayətlər, əslində, vətəndaşın narahatlığı, bəzi yerlərdə onun bürokratiya və səhlənkarlıqla, laqeydliklə üzləşməsindən, yaxud qaldırdığı məsələnin həllinə nail ola bilməməsindən, habelə digər səbəblərdən irəli gəlir. Vətəndaşların bu narahatlığı, sözsüz ki, ilk növbədə, məmurları narahat etməlidir, vətəndaşlarla iş elə qurulmalıdır ki, onlar şikayət yazmağa məcbur olmasınlar.

2015-ci ildə respublikanın şəhər və rayonlarından daxil olan şikayətlərin öyrənilməsi göstərir ki, hələ də onların bəzilərində şikayətlərin sayı müxtəlif mövzular üzrə kifayət qədər çoxdur və bu da müəyyən narahatlıq doğurmaya bilməz. Ayrı-ayrı şəhər və rayonlar üzrə şikayətlərin sayının əvvəlki ilə nisbətən yüksək olduğu diqqəti cəlb edir. Məsələn, Bakı şəhərinin ayrı-ayrı rayonlarında, Ağcabədi, Ağstafa, Bərdə, Göyçay, Göygöl, Qazax, Neftçala, Saatlı, Şamaxı, Tovuz, Yardımlı və digər rayonlarda belə artım müşahidə olunur.

Şikayətlərin ümumi sayının azalması isə Bakı şəhərinin bəzi rayonlarından, Gəncə, Lənkəran, Naxçıvan, Sumqayıt, Ağdaş, Babək, Beyləqan, Füzuli, İmişli, Kürdəmir, Qubadlı, Qusar, Lerik, Oğuz, Ordubad, Sədərək, Şahbuz, Ucar, Zəngilan, digər şəhər və rayonlardan daxil olan müraciətlərdə özünü göstərmişdir.

Nəzərə almaq lazımdır ki, şikayətlər o zaman azalır ki, ilk növbədə, onların yaranma səbəbləri aradan qaldırılır. Bu baxımdan Azərbaycanda korrupsiyanın, bürokratiya və süründürməçiliyin kökünün kəsilməsinə xidmət edən, ölkə Prezidentinin bilavasitə təşəbbüsü və dəstəyi ilə yaradılan "ASAN xidmət"in fəaliyyətini qeyd etmək lazımdır. Dövlətimizin başçısı Azərbaycan vətəndaşlarının böyük rəğbətlə qarşıladığı bu xidmətin daha da genişləndirilməsinə olduqca diqqətlə yanaşır. Yaşadığımız 2016-cı ildə "ASAN xidmət" mərkəzlərinin sayının 11-ə çatacağını qeyd edən Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2016-cı il yanvarın 10-da keçirilən iclasında demişdir: "ASAN xidmət" Azərbaycan brendidir. Mən çox şadam ki, bəzi başqa ölkələrdə bu təcrübədən istifadə edirlər... İki il ərzində 7 milyondan çox müraciət olmuşdur. "ASAN xidmət"in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu ictimai xidmətlər korrupsiyaya qarşı mübarizə sahəsində doğrudan da inqilabdır".

2015-ci ildə daxil olan şikayətlərin mövzularına nəzər salsaq, 2014-cü illə müqayisədə bəzi mövzular üzrə onların azaldığını görürük. İctimai-siyasi, mənzil, şəhərsalma və tikinti, əmlak, mədəniyyət və turizm, kənd təsərrüfatı, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, ekologiya və təbii sərvətlər, evlərin, mənzillərin, torpaq və bağ sahələrinin sənədləşdirilməsi, sahibkarlıq üçün torpaq sahələrinin ayrılması, prokurorluq və polis orqanlarının fəaliyyəti, ictimai asayişin qorunması, meliorasiya və su təsərrüfatı, yolların və yol qovşaqlarının tikintisi, yaşıllıqların və meşələrin mühafizəsi, hərbi qulluqçuların sosial müdafiəsi, qaz və istilik təchizatı, sayğacların quraşdırılması, kommersiya-istehsalat obyektlərinin, fərdi evlərin tikintisinə icazə verilməsi, yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərə baxılması və sair mövzuları buna misal göstərmək olar.

Bəzi mövzular üzrə isə şikayətlərin sayı artmışdır. Bunlardan bank əməliyyatları, kreditlər, sığorta məsələləri, aqrolizinq, baytarlıq və fitosanitar xidmət, istehlak məhsullarının keyfiyyəti və qiymətləri, otlaq və örüş sahələrinin verilməsi, orta təhsil, sərnişin nəqliyyatı məsələləri, əməkhaqqı və əmək mübahisələri, zəbt olunmuş mənzillərin boşaldılmaması, məhkəmə qərarlarının icrası, icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin, vəzifəli şəxslərin, milli təhlükəsizlik orqanlarının, bələdiyyələrin fəaliyyəti və digər məsələləri qeyd etmək olar.

Bir məsələni qeyd etməliyik ki, son illərdə ölkə Prezidenti respublikada qayda-qanunu xeyli möhkəmləndirmiş, korrupsiyaya, vəzifədən və qulluq mövqeyindən sui-istifadəyə, bütövlükdə cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizəni gücləndirmişdir. Vətəndaşlar Azərbaycan Prezidentinin bütün neqativ hallar barədə çəkinmədən ona yazmaq çağırışına səs verərək qarşılaşdıqları hüquq pozuntuları barəsində daha çox, daha cəsarətlə yazmağa başlamışlar. Onlar görürlər ki, neqativ hallara qarşı ciddi mübarizə də var və bu mübarizə birbaşa dövlət başçısının nəzarəti altında müntəzəm olaraq aparılır.

Vətəndaşlar hüquq mühafizə orqanlarını asayişin, təhlükəsizliyin, sabitliyin, həmçinin onların Konstitusiya hüquqlarının qoruyucusu, xüsusilə məhkəmə orqanlarını haqqın, ədalətin təminatçısı kimi tanıyır və öz hüquqlarını qanun müstəvisində qorumaq üçün bu orqanların özünə və onlardan yuxarı instansiyalara, xüsusilə bütün hüquq və azadlıqlarının qarantı saydıqları ölkə Prezidentinə müraciət edirlər. Son illərdə bu orqanların hüquqları və səlahiyyətləri artırılmış, maddi və digər təminatları xeyli yaxşılaşdırılmış, onlar üçün ən yüksək səviyyəli iş şəraiti yaradılmışdır. Eyni zamanda, onlara qarşı tələbkarlıq da artırılmışdır. 2015-ci ildə hüquq mühafizə, o cümlədən polis orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı ötən ilə nisbətən azalmışdır. Lakin Binəqədi, Xətai, Xəzər, Nizami, Səbail, Lənkəran, Sumqayıt, Gəncə, Biləsuvar, Goranboy, Tovuz, digər şəhər və rayonların polis orqanlarının fəaliyyəti barədə ərizə və şikayətlərin sayı nisbətən çox olmuşdur.

Prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı əvvəlki ilə nisbətən 6,4 faiz azalsa da, Qaradağ, Nərimanov, Sabunçu, Suraxanı, Yasamal, Şirvan, Astara, Goranboy, Qazax, Quba, Sabirabad, Salyan, digər şəhər və rayonların prokurorluqlarının fəaliyyəti barədə müraciətlər daha çox olmuşdur.

Bilavasitə məhkəmə orqanlarının və hakimlərin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərin təhlili göstərir ki, ayrı-ayrı şəhər və rayon məhkəmələrinin fəaliyyətindən narazılıq bildirən müraciətlər də az deyildir. Bu baxımdan Nəsimi, Nizami, Suraxanı, Şirvan, Abşeron, Gədəbəy, Xaçmaz, İmişli, Kəpəz, Nizami (Gəncə), Tərtər, Zərdab, digər şəhər və rayonların məhkəmələrinin fəaliyyəti barədə müraciətlər nisbətən yüksək olmuşdur.

Prezident Administrasiyasına daxil olan müraciətlər arasında bilavasitə Azərbaycan dövlətini, ölkə Prezidentini yerlərdə təmsil edən, hər an vətəndaşlarla, sıravi insanlarla təmasda olan yerli icra hakimiyyəti orqanlarının, həmçinin xalqın seçkili orqanları olan bələdiyyələrin fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər həmişə diqqət mərkəzində saxlanılır.

Şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarının və inzibati ərazi dairələri üzrə nümayəndələrinin fəaliyyəti haqqında Bakı şəhəri və onun bəzi rayonlarından, Şəki, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəlilabad, İmişli, Qazax, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daha çox müraciət daxil olmuşdur.

Bu mövzuda ən az müraciət isə Naxçıvan, Pirallahı, Ağstafa, Cəbrayıl, Culfa, Xocalı, Qax, Oğuz, Sədərək, Şahbuz, Şuşa, Ucar, digər şəhər və rayonlardan daxil olmuşdur.

Bələdiyyələrin fəaliyyəti ilə əlaqədar daha çox müraciət, o cümlədən şikayət isə Binəqədi, Lənkəran, Sumqayıt, Astara, Cəlilabad, Neftçala, Sabirabad, Samux, Siyəzən, Şabran, Şəmkir, digər şəhər və rayonlardan daxil olmuşdur.

Şikayətlərin bir çoxunda bəzi tikinti şirkətlərinin fəaliyyətindən, ləğv olunmuş idarə və müəssisələrin işçilərinin əməkhaqlarını ala bilməməsindən, bəzi şirkətlərin və dələduz şəxslərin vətəndaşları aldadaraq vəsaitlərini ələ keçirməsindən, ayrı-ayrı mənzil-tikinti kooperativlərinin tikinti aparılan ərazidə təhlükəsizliyi təmin etməməsindən, binaları müqavilədə göstərilən müddətdə başa çatdırmayaraq yarımçıq saxlamasından, sakinləri dövlət komissiyasının qəbul etmədiyi evlərdə məskunlaşdırmasından, pulu ödənilmiş mənzillərin ümumiyyətlə verilməməsindən və ya başqalarına satılmasından narazılıq bildirilir. Bu mövzuda kollektiv şikayətlər daha çox olmuşdur. Bəzi şirkətlərlə bağlı cinayət işləri başlanaraq onların rəhbərləri həbs edilsə də, bu sahədə nöqsanlar hələ tam aradan qaldırılmamışdır.

Vətəndaşlar "Yeni Yasamal", "Badu-Kubə", "Şərur", "Əzizbəy-KM", "Xəmsə", "Birlik", "AAF-İnşaat", "İN Eksklüziv Servis", "Safari-N", "ANT-E", "Meqa Siti Holdinq", "Ulduz-S", "İlin dörd fəsli", "Fuad", "Feba", "Bərəkət-İnşaat", "Araz T.İ.", "Dərəçiçək", "Turac AF", "Olimp", "Zirvə", "Olimpus-Az", "Cavad", "Bulaq-2", "Rahatlığın Məkanı", "İ.N.V.", "Folklor", "Rahat", "RT LTD", "Azər ATF", "Avanqard" kimi MTK, MMC və şirkətlərin fəaliyyətindən daha çox narazılıq bildirmişlər. Bundan başqa, hüquq mühafizə orqanları tərəfindən "Həsən-96", "Azər-Ross İK", "Sahil-D", "Şaiq", "Ələsgəroğlu-K", "Şahbulaq", "Afşaran", "Oskar", "Şəfəq", "Kosmos", "Elita-R", "Vedi-E", "Kamran-B.Ə.", "Qafqaz MTZ", "Real", "Sahil", "RUH", "196 saylı", "200 saylı", "Ayla", "Hasil", "Dağlar", "RRR" MTK-lar, "Oskar-Qrup", "Muray", "Repair House" MMC-lər, "Günəş Holding" və digər şirkətlərin fəaliyyətində olan nöqsanlar araşdırılmaqdadır.

Şirkətlərin bəziləri sayğacların quraşdırılması üçün sakinlərdən pul yığaraq mənimsəmişlər. Halbuki, "Obyektlərdə elektrik, qaz və su sayğaclarının quraşdırılması haqqında" Nazirlər Kabinetinin qərarına görə, 2004-cü il sentyabrın 1-dən layihələndirilən və istismara qəbul edilən bütün obyektlərdə (o cümlədən yaşayış evlərində hər bir mənzildə) mütləq qaydada elektrik, qaz və su sayğaclarının quraşdırılması nəzərdə tutulmalı və bu qərar icra olunmalıdır.

Əsas problemlərin biri də çoxmənzilli yaşayış binalarının icazə alınmadan məskunlaşdırılaraq istismar olunmasıdır. Belə ki, tikintisi tam başa çatmış obyektlərin istismarına icazənin verilməsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə və Nazirlər Kabinetinin 2014-cü il 12 sentyabr tarixli qərarlarına uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməli olduğu halda, yerlərdə bu qaydaya da lazımi səviyyədə əməl olunmur.

Ümumiyyətlə, tikinti məsələləri iqtisadi fəallığın mühüm göstəricilərindən biridir. Böyük tikinti layihələrinin icrası həm yeni iş yerləri, həm də inkişafa təkan verən yeni obyektlər deməkdir. Ölkə Prezidenti 2016-cı il yanvarın 18-də keçirilən müşavirədə bu sahədəki çətinliklərdən, iş adamlarının bürokratiya və korrupsiya halları ilə üzləşməsindən, onlara qarşı əsassız tələblər irəli sürülməsindən narahatlığını bildirmiş, bu sektorun tam sərbəst şəkildə inkişaf etməsinin, şəhərsalma qaydalarına riayət etmək şərti ilə bütün süni əngəllərin aradan qaldırılmasının vacibliyini qeyd etmiş, öz qəti göstərişini verərək demişdir: "...burada o qədər icazələr tələb olunur və burada o qədər pozuntular var ki, hətta beynəlxalq qurumlar da bunu qeyd edirlər. Ona görə mən bu gün ciddi tapşırıq verirəm bütün şəhər və rayon icra hakimiyyəti orqanlarına, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinə ki, bundan sonra tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə, birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar. Mənə mütəmadi qaydada məlumat verilməlidir ki, hər rüb nə qədər tikinti layihəsi icra edilir, harada və bunun əmək bazarına olan təsiri nədən ibarətdir?!"

Prezident Administrasiyasına daxil olan müraciətlərin, o cümlədən şikayətlərin bir qismi məhz sahibkarlar tərəfindən göndərilmişdir. Bu müraciətlərin 71 faizinə nəzarət qaydasında baxılmış, onların 51 faizi müsbət həll olunmuş, 19 faizi əsassız sayılmış, 13 faizinə müvafiq izahat verilmiş və 17 faizi icradadır. Prezident Administrasiyasına sahibkarlıq məsələləri barədə Bakı şəhəri və onun rayonlarından, Gəncə, Ağcabədi, Ağdam, Ağdaş, Gədəbəy, İmişli, Kürdəmir, Lerik, Masallı, Saatlı, Tərtər, Zərdab, digər şəhər və rayonlardan daha çox müraciət daxil olmuşdur.

Dövlət başçısı ölkədə sahibkarlığın inkişafına daim böyük diqqət yetirir, keçirdiyi bütün tədbirlərdə, əksər çıxışlarında bu sahənin respublika iqtisadiyyatı üçün böyük əhəmiyyətini vurğulayır və hər vasitə ilə sahibkarlığın dəstəklənməsini tövsiyə edir.

Təhlil və nəzarət bir məqsədə xidmət edir: real vəziyyəti bilmək, düzgün qərarlar qəbul etmək və onların icrasını təmin etmək

Prezident Administrasiyasına daxil olan müraciətlərin ayrı-ayrı mövzular üzrə ətraflı öyrənilməsi və təhlil edilməsi müvafiq sahələrdə və regionlarda real vəziyyətin necə olması barədə aydın təsəvvür formalaşdırır. Təhlil və nəzarətin vətəndaşların müraciətlərinə baxılmasında mühüm amil olduğunu nəzərə alaraq ötən il Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində hazırlanmış 30-dan artıq belə təhlili materiallar aidiyyəti qurumlarda baxılaraq lazımi tədbirlər görülmüşdür.

Şöbədə aparılan hər bir təhlil, öyrənilən hər bir problem, nəzarət qaydasında baxılan hər bir müraciət barəsində ətraflı məlumat vermək mümkün olmasa da, onu qeyd etməliyik ki, aparılan bütün işlər, o cümlədən təhlil və nəzarətin vəhdəti səmərəli nəticələr vermiş, Prezident Administrasiyasına daxil olan müraciətlərə daha diqqətlə yanaşılmış, respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər qurumlarda da bu işin təkmilləşdirilməsindən ötrü zəruri tədbirlər görülmüş, dövlət qulluqçularının vətəndaş müraciətlərinə münasibətdə məsuliyyəti daha da artmışdır.

2015-ci ildə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Təhsil Nazirliyi ilə birgə yerlərdə vətəndaşların müraciətlərinə baxılması işinin təşkili və sənədlərlə iş məsələlərinə dair zona seminar-müşavirələri keçirmişdir. Bu seminar-müşavirələr respublikanın bütün bölgələrinin və Bakı şəhərinin təhsil müəssisələrinin rəhbər işçilərini əhatə etmiş, daha çox treninq formasında keçirilən bu tədbirlər təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır.

2015-ci ildə vətəndaşların müraciətlərinə baxılmasında şəffaflıq və nəzarət artırılmış, vətəndaşların ayrı-ayrı qurumlarda, idarə, təşkilat və müəssisələrdə yol verilən neqativ hallar barədə müraciətlərinə daha diqqətlə yanaşılmışdır.

Cənab Prezidentin ardıcıl və qətiyyətli mövqeyi sayəsində bütün sahələrdə nizam-intizam xeyli möhkəmlənmiş, vətəndaşların nəzarət qaydasında baxılan müraciətlərində qaldırılan məsələlərin çoxu müsbət həll edilmişdir. Bunlardan bir qismi vəzifəli şəxslərin fəaliyyətindən narazılıqlarla əlaqədar olmuşdur. Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində Daxili İşlər, Vergilər, Təhsil, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Dövlət Neft Şirkətində, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də, İmişli RİH-də və başqa təşkilatlarda 52 nəfər barəsində inzibati və ya intizam tənbehi tədbirləri görülmüş, o cümlədən 22 nəfər vəzifəli şəxs vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozduqlarına, süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılmışdır.

Vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri 2015-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə 522 dəfə müzakirəyə çıxarılmışdır. Yol verilən nöqsanlara görə 948 nəfərə intizam tənbehi tətbiq olunmuş, o cümlədən 827 nəfərə töhmət verilmiş, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərində, Əmlak Məsələləri Dövlət Komitəsində və digər qurumlarda ümumilikdə 100 nəfər işdən azad edilmişdir. Bundan əlavə, 58 nəfərə xəbərdarlıq elan olunmuş və digər tədbirlər görülmüşdür.

2015-ci ildə şəhər və rayon icra hakimiyyəti başçıları yanında şura iclaslarında və müşavirələrdə vətəndaşların müraciətlərinə baxılması məsələləri 984 dəfə müzakirə edilmiş, müraciətlərə baxılmasında yol verilmiş nöqsanlara görə 232 nəfər barəsində intizam tənbehi tətbiq edilmişdir. Belə intizam tənbehi tədbirləri Lənkəran, Ağdaş, Ağstafa, Beyləqan, Biləsuvar, Goranboy, Kəlbəcər, Kürdəmir, Qazax, Laçın, Lerik, Masallı, Saatlı, Salyan, Samux, Ucar, Zaqatala, Zərdab, digər şəhər və rayon icra hakimiyyətlərində daha çox tətbiq edilmişdir.

Prezident Administrasiyasında vətəndaşların nəzarət qaydasında baxılan bəzi müraciətlərinə alınmış cavablar göstərir ki, bu müraciətlər onlara vaxtında baxılıb tədbir görülməməsindən və dəfələrlə olunmuş müraciətlərə laqeyd yanaşılmasından irəli gəlir.

Bəzi müraciətlərdə toxunulan məsələlər başqa sahələr və regionlar üçün də səciyyəvi olduqda, belə müraciətlər nəzarət qaydasında digər qurumlarda da araşdırılır. Məsələn, Quba sakini İ.Qasımovun rayondakı qum-çınqıl karxanalarının törətdiyi fəsadlar barədə müraciəti digər rayonlar üçün də səciyyəvi olduğuna görə bu məsələ aidiyyəti orqanlar tərəfindən Goranboy, Göyçay, Xaçmaz, İmişli, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında da araşdırılmış, qanunsuz yaradılmış qum-çınqıl karxanaları və onlar barədə bəzi sərəncamlar ləğv edilmişdir.

Ümumən, şöbədə nəzarətə alınmış müraciətlərin təhlili göstərir ki, onların 35 faizi müsbət həll olunmuş, 24,2 faizi ilə bağlı müvafiq izahat verilmiş, 23,2 faizi əsassız hesab edilmiş, qalanlarının icrası davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cəmiyyətdə qayda-qanunun möhkəmləndirilməsində, "ictimai yara", "xəstəlik" adlandırdığı korrupsiya və rüşvətxorluq hallarının kökünün kəsilməsində böyük əhəmiyyət daşıyan ictimai nəzarətin artırılmasının vacibliyini dəfələrlə qeyd etmişdir. Ölkə Prezidenti 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasda demişdir: "İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Ona görə, dövlət siyasəti, güclü siyasi iradə artıq özünü göstərir və müsbətə doğru dəyişikliklər də var. İnstitusional tədbirlər görülür, islahatlar aparılır və bu mübarizə geniş ictimai dəstəyə də malikdir. Ancaq bu dəstək daha da fəal olmalıdır".

Nəzarət işinin əsas prinsiplərindən biri də odur ki, vətəndaşın müraciətinə laqeydlik göstərilməsin, qanuna zidd olaraq onun şikayəti hərəkətlərindən narazılıq bildirilən vəzifəli şəxsə göndərilməsin, qaldırılan məsələ sonadək obyektiv araşdırılıb müvafiq tədbir görülsün, müraciətin baxılmasını nəzarətə götürən şəxsə və vətəndaşa əhatəli cavab verilsin. Əvvəldə qeyd etdiyimiz kimi, bəzi hallarda daxil olan təkrar müraciətlər sübut edir ki, əvvəlki müraciət sonadək araşdırılmır, yaxud ona başdansovdu cavablar verilməklə iş bitmiş hesab olunur. Təbiidir ki, belə hallar məsələnin həllinə maneə törədir və vətəndaşların haqlı narazılığına səbəb olur.

Təhlil və nəzarətin səmərəli təşkili vətəndaş müraciətlərinə baxılmasının yaxşılaşdırılmasında bundan sonra da mühüm vasitələrdən biri olaraq qalacaqdır.

Müraciətlərlə və sənədlərlə işdə yeni elektron sistem öz səmərəsini tezliklə verəcək

Respublikada ictimai-siyasi fəaliyyətə başladığı ilk gündən özünü güclü siyasətçi kimi təsdiq edən, adı yenilik, inkişaf, tərəqqi və müasirlik simvoluna çevrilən Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil Azərbaycanın bir çox ilklərinə imza atan, eyni zamanda, bütün yaxşı ənənələri yaşadan və inkişaf etdirən siyasi xadim obrazı formalaşmışdır. Bu cəhətdən onun informasiya-kommunikasiya texnologiyalarının daha geniş tətbiqi üçün gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Vətəndaşların müraciətlərinə baxılması məsələsinə həssas, böyük diqqət və qayğı ilə yanaşan ölkə başçısı bu sahədə müasir texnologiya və innovasiyaların geniş tətbiqinə təkan vermək, eyni zamanda, vətəndaş müraciətlərinə baxılması prosesini təkmilləşdirmək məqsədi ilə bir sıra normativ hüquqi aktlar imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında" 2015-ci il 29 aprel tarixli Fərmanı da məhz bu aspektdən qiymətləndirilməlidir.

Son illər ərzində aparılan araşdırmalar göstərdi ki, respublikanın şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarında müraciətlərə baxılması ilə əlaqədar kargüzarlıq işlərinin, təhlil və statistikanın, vətəndaş müraciətlərində qaldırılan məsələlərin icrasına nəzarətin səviyyəsini yüksəltmək üçün həmin qurumlarda informasiya-kommunikasiya texnologiyaları daha geniş tətbiq edilməli, dövlət qulluqçularının İKT üzrə bilikləri, vərdiş və bacarıqları ciddi surətdə artırılmalıdır.

Bu məqsədlə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində istifadə olunan elektron qeydiyyat sistemi əsasında yeni proqram hazırlanmış, sistemin tətbiqi ilə əlaqədar böyük təşkilati və texniki işlər aparılmış, ölkə başçısının Fərmanında verilmiş tapşırığa uyğun olaraq qısa müddət ərzində respublikanın bütün yerli icra hakimiyyəti orqanları bu sistemlə əhatə edilmiş, 2015-ci il iyulun 1-dən onun tətbiqinə başlanılmışdır.

Yeni sistem vətəndaş müraciətlərinin elektron qeydiyyatı ilə yanaşı, onların dövriyyəsinə və icrasına nəzarət etməyə, müraciətlərə aid hər növ təhlil və statistik məlumatları əldə etməyə, həmçinin onların daha yaxşı arxivləşdirilməsinə imkan verir.

Ölkə Prezidentinin yuxarıda göstərilən 2015-ci il 29 aprel tarixli Fərmanı ilə, həmçinin "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları" təsdiq edilmişdir. Həmin Qaydalarda sistemin əsas anlayışları, fəaliyyətinin prinsipləri, quruluşu, onun təsisçi-administratorunun, operatorunun, məsul şəxslərinin və istifadəçilərinin əsas funksiyaları və fəaliyyətinin təşkili təsbit olunmuşdur.

Sistemin texniki imkanları olduqca geniş və çoxşaxəlidir. Bu sistemdə vətəndaşların daxil olmuş müraciətlərinə vətəndaş haqqında məlumatların verilməsi, həmçinin qaldırılan məsələnin mövzusu, məzmunu, təkrarlığı və digər parametrlər üzrə sürətli axtarışın aparılması, müraciətlərin icra müddətlərinə nəzarət edilməsi, müvafiq təhlil və statistika işi artıq avtomatlaşdırılmışdır.

Qaydalara əsasən sistemin təsisçi-administratoru Azərbaycan Respublikası Prezidentinin Administrasiyası müəyyən olunmuşdur və Administrasiyada bu funksiyaları Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi yerinə yetirir.

Qeyd etməliyik ki, artıq fəaliyyətdə olan sistemin tətbiqi nəticəsində kifayət qədər böyük həcmli məlumat bazası formalaşmışdır. Yəni, bu günə qədər respublikanın bütün yerli icra hakimiyyəti orqanları üzrə cəmi 60 mindən yuxarı vətəndaş müraciəti qeydiyyata alınmışdır və bu sistemi həm də vətəndaşlarla dövlət arasında "elektron körpü" adlandırsaq, yanılmarıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il dekabrın 2-də "BakuTel-2015" sərgisində və konfransında qeyd etdiyi kimi: "Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dinamik inkişaf edən ölkələr sırasındadır". Ölkəmizdə əhalinin internetdən istifadəsi 2008-ci ildə 17 faiz idisə, 2015-ci ildə 75 faizə çatmışdır. Bir faktı qeyd etməliyik ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin xeyli hissəsi elektron formada olmuşdur.

2015-ci il ərzində mərkəzi icra hakimiyyəti orqanlarında, o cümlədən İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Vergilər, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində, Gömrük, Əmlak Məsələləri Dövlət komitələrində, Respublika Baş Prokurorluğunda, Dövlət Sosial Müdafiə Fondunda, eləcə də digər qurumlarda İKT sahəsində tətbiq olunan yeniliklər - müasir portalların yaradılması, göstərilən elektron xidmətlərin sayının getdikcə artırılması vətəndaşlarla əlaqələrin daha yaxşı qurulmasına xidmət edir.

Bu il xidməti yazışma sahəsində bütün dövlət orqanlarını birləşdirən daha bir sistem, idarələrarası elektron sənəd dövriyyəsi sistemi tam gücü ilə fəaliyyətə başlayacaqdır. Təhlükəsizlik və texniki parametrləri baxımından ən müasir proqram təminatı və kompyuter avadanlığı ilə təchiz olunmuş bu sistem müxtəlif sınaqlardan uğurla keçirilmiş və çox müsbət nəticələr verməkdədir.

Dövlət idarəçilik sistemində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, vətəndaşların bütün sahələrdə bu texnologiyalardan istifadəsi üçün daha münasib şəraitin yaradılması bundan sonra da davam etdiriləcəkdir.

Vətəndaşların qəbullarının səmərəsi və nəticəsi

Vətəndaşların qəbulu Prezident Administrasiyasının daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir və bununla əlaqədar daxil olan müraciətlər müntəzəm olaraq öyrənilir, hər bir şəhərdə və rayonda gedən proseslər, vətəndaşların problemlərinə nə dərəcədə qayğı göstərilməsi, həmçinin onları hansı məsələlərin narahat etməsi vətəndaşlarla birbaşa ünsiyyət zamanı aşkar olur.

2015-ci ildə qəbul məsələləri ilə bağlı Prezident Administrasiyasına daxil olan müraciətlərin öyrənilməsi göstərir ki, ötən il bilavasitə ölkə Prezidentinin, Administrasiya rəhbərinin və struktur bölmələri rəhbərlərinin qəbulunda olmaq üçün həm yazılı, həm də elektron formada müraciətlər az olmamışdır. Prezident Administrasiyasına daxil olan 1200-dən artıq yazılı müraciətdə məhz Administrasiyada qəbul olunmaq xahiş edilmişdir. Bu mövzuda müraciətlər Bakı şəhərinin rayonlarından, Ağcabədi, Ağdam, Beyləqan, Biləsuvar, Göygöl, Lerik, Masallı, Yardımlı, Zərdab, başqa şəhər və rayonlardan daha çox daxil olmuşdur. Bütövlükdə isə 2015-ci ildə Prezident Administrasiyasının Qəbul otağına fərdi və kollektiv surətdə 13 mindən artıq vətəndaş müraciət etmişdir. Qəbullarda iştirak edən vətəndaşların qaldırdıqları əsas məsələlər yazılı müraciətlərdə qaldırılan məsələlərlə, demək olar, eynilik təşkil etmişdir.

Prezident Administrasiyasına qəbula gələn vətəndaşların sayı Bakı şəhəri və onun ayrı-ayrı rayonlarından, Mingəçevir, Şəki, Yevlax, Bərdə, Cəbrayıl, Füzuli, Kəlbəcər, Kürdəmir, Laçın, Salyan, Şəmkir, Tovuz, başqa şəhər və rayonlardan daha çox olmuşdur.

2015-ci ildə respublikanın yerli icra hakimiyyəti orqanlarında da vətəndaşların qəbulu müntəzəm keçirilmiş və həmin orqanlarda 165 mindən çox vətəndaş qəbulda olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikanın şəhər və rayonlarında hər ay vətəndaşları qəbul edirlər. Bu işin üç ilə yaxındır davam etdirilməsi vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanmış və yerlərdə keçirilən qəbullarda öz əks-sədasını tapmışdır.

Qəbullarda vətəndaşlar tərəfindən qaldırılmış məsələlərin həlli həmin orqanların rəhbərlərinin işində önəmli yerlərdən birini tutur. Bu qarşılıqlı ünsiyyət regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsində mühüm vasitələrdən birinə çevrilmişdir.

2015-ci ildə respublikanın müxtəlif regionlarında təşkil olunan qəbullarda mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 67 şəhər və rayondan 11336 vətəndaş qəbul olunaraq onların təqdim etdikləri 11152 müraciətə baxılmış, bunların bir çoxu operativ həll edilmiş, digərləri barədə isə müvafiq orqanlar qarşısında məsələ qaldırılmışdır.

Qəbullarda iştirak etmiş 11336 vətəndaş daxili işlər (4868 nəfər), təhsil (623), əmək və əhalinin sosial müdafiəsi (512), ekologiya və təbii sərvətlər (491), ədliyyə (465), iqtisadiyyat (342), kənd təsərrüfatı (298), mədəniyyət və turizm (284), səhiyyə (280), fövqəladə hallar (263), vergilər (252), gənclər və idman (187), nəqliyyat (164), rabitə və yüksək texnologiyalar (117) nazirləri, Əmlak Məsələləri (452), Dini Qurumlarla İş (230), Gömrük (112), Ailə, Qadın və Uşaq Problemləri üzrə (100) dövlət komitələrinin sədrləri, Baş prokuror (327), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (361), Dövlət Sərhəd Xidmətinin (217) rəisləri, Dövlət Sosial Müdafiə Fondunun (326), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (65) sədrləri tərəfindən qəbul edilmişdir. Qəbullarda qaldırılan məsələlərin 84,6 faizi qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmuşdur.

Vətəndaşlar qəbullar zamanı həmin mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarında həll edə bilmədikləri bir çox məsələlərin həllinə nail olmuşlar. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 57,9 faizi ilə bağlı onlara izahat və tövsiyələr verilmiş, 26,6 faizi müsbət həll edilmiş, qalanları icrada saxlanılmış və ya aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş, bir qismi isə əsassız sayılmışdır.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən 170 dövlət orqanında vətəndaşların qəbulu vəziyyəti ilə yanaşı, 2016-cı ilə dair qəbul cədvəlləri də öyrənilmişdir. Demək olar ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətində həftənin bütün iş günləri vətəndaşların qəbulu təmin olunur. İmtiyazlı şəxslərin, habelə zərurət yarandığı təqdirdə, digər kateqoriyalardan olan vətəndaşların mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən növbədənkənar qəbul edilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, bu il də hər həftə yerli icra hakimiyyəti orqanları tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi planlaşdırılır.

İqtisadiyyat Nazirliyi, Xətai, Nərimanov, Nəsimi, Ağdaş, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Göygöl, Xaçmaz, Xocavənd, Kürdəmir, Qazax, Qobustan, Laçın, Saatlı, Sabirabad, Samux, Şəmkir, Zərdab rayon icra hakimiyyətləri və digər qurumlar tərəfindən qəbul məsələləri, o cümlədən cədvəllərin tərtibi daha yaxşı təşkil edilmişdir. Həmin cədvəllərdə qəbul saatına məhdudiyyət qoyulmur, qəbulun yeri və vaxtı, onun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri öz əksini tapır.

Bununla yanaşı, bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər təşkilatlarda qəbulun təşkilində narahatlıq doğuran məsələlərdən biri odur ki, ayrı¬-ayrı hallarda yerlərdə qəbul cədvəlləri bəzən formal xarakter daşıyır, onların tərtibinə lazımınca fikir verilmir. Halbuki, qəbul cədvəllərinin düzgün tərtib edilməsi qəbulun yaxşı keçirilməsində əsas şərtdir. Qəbul cədvəllərini təhlil edərkən aydın olur ki, bəzi iş günlərində qəbul nəzərdə tutulmur, qəbul saatları ya göstərilmir, ya da son dərəcə qısa vaxtla məhdudlaşdırılır, əlaqə nömrələri qeyd edilmir və digər qüsurlara yol verilir.

Məsələn, Energetika, Müdafiə Sənayesi və Xarici İşlər nazirliklərində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, Mərkəzi Bankın, "Azəristiliktəchizat", "Aqrolizinq", "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı", "Bakı Metropoliteni", "Azərenerji", "Azneftkimyamaş", "Azərkəndtikinti" SC-lərdə, "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatında, Milli Arxiv İdarəsində, Dövlət Mülki Aviasiya Administrasiyasında, Beynəlxalq Bankda, Ticarət və Sənaye, Auditorlar palatalarında, "Azərittifaq"da, Bakı, Daşkəsən, Göyçay, Xızı, Kəlbəcər, Quba, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətlərində qəbulun təşkilində müəyyən qüsurlar nəzərə çarpır.

Son illər ərzində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının internet saytlarının yaradılması və yeni proqram təminatlarının tətbiqi vətəndaşların qəbulu işinin asanlaşdırılmasına və səmərəli nəticələr əldə olunmasına gətirib çıxarmışdır. Dövlət orqanlarının saytlarının monitorinqi göstərir ki, onların çoxu müasir tələblərə cavab versə də, diqqəti cəlb edən qüsurlar da mövcuddur. Bəzi saytlar mütəmadi yenilənmir və lazımi informasiyalarla təchiz olunmur. Məsələn, Xızı Rayon İcra Hakimiyyətinin saytında qəbul cədvəli 2012-ci ili əhatə edir.

Arxiv işinə diqqət artırılmalıdır

Azərbaycan Respublikası Prezidentinin Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında 1999-cu il 14 may tarixli Sərəncamının icrası sahəsində şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarında aparılmış təhlillərdən görünür ki, Sərəncamın tələbləri əsasən yerinə yetirilir və yerlərdə sənədlərin ekspertizası və arxiv işi üzrə ekspert komissiyaları daimi fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, şəhər və rayon icra hakimiyyəti orqanlarında bu işə diqqət artırılmış, respublikanın şəhər və rayonlarının böyük əksəriyyəti 2010-cu ilin sənədlərini Dövlət Arxivinə təhvil vermişlər.

Şəhər və rayon icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və kənd nümayəndəliklərində, o cümlədən ikili tabeli dövlət idarə və təşkilatlarında sənədlərin vaxtında daimi mühafizə üçün Dövlət Arxivinə təhvil verilməsinə nəzarət gücləndirilmiş, bu işdə onlara lazımi praktiki və metodiki yardım məqsədi ilə vahid nümunəvi iş nomenklaturu hazırlanıb yerlərə göndərilmişdir.

Arxiv işinin Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonlarında, Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Şəki, Şirvan, habelə Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Gədəbəy, Göygöl, Hacıqabul, İsmayıllı, Kəlbəcər, Qazax, Qəbələ, Qobustan, Quba, Masallı, Oğuz, Sabirabad, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zaqatala, Zərdab, digər şəhər və rayonlarda daha yaxşı təşkil olunduğunu demək olar.

Bəzi şəhər və rayon icra hakimiyyətləri 2009-2010-cu illərə aid sənədləri təhvil versələr də, onların hesabatlarında arxiv işi ilə bağlı, o cümlədən sənədlərin Dövlət Arxivinə təhvil verilməsi, mühafizəsi, istifadəsi haqqında məlumatlar mövcud vəziyyəti tam əks etdirmir və müəyyən qüsurlara yol verilir. Bu baxımdan Bakı, Yevlax, Ağstafa, Füzuli, Göyçay, Xızı, Xocalı, Xocavənd, Kürdəmir, Qax, Salyan, Şamaxı, Ucar və Zəngilan, sair şəhər və rayon icra hakimiyyətləri bu işin icrasına nəzarəti artırmalıdırlar.

Əməkdaşlarımızın vətəndaşların müraciətlərinə baxılmasının və sənədlərlə işin vəziyyətini öyrəndikləri Balakən, Beyləqan, Biləsuvar, İmişli, Lerik, Neftçala, Saatlı və Samux rayonlarında arxiv işinə diqqət artırılmış, bu sahədə vəziyyət yaxşılaşmışdır.

2015-ci il ərzində arxiv məsələləri ilə bağlı Prezident Administrasiyasına cəmi 334 müraciət daxil olmuşdur. Bu müraciətlərin əsas səbəbləri yerlərdə struktur dəyişikliyi və ya özəlləşdirmə prosesində ləğv olunmuş təşkilatların sənədlərinin dövlət arxivlərinə vaxtında və tam təhvil verilməməsidir. Bu məzmunda müraciətlər əsasən vətəndaşların pensiya sənədlərinin rəsmiləşdirilməsi zamanı meydana çıxır. Vətəndaşlar işlədikləri müəssisələrin vaxtilə Dövlət Sosial Müdafiə Fonduna müvafiq köçürmələr etmədiklərinə, yaxud bunu təsdiq edən sənədləri tapa bilmədiklərinə görə pensiyalarının aşağı məbləğdə hesablanmasından narazılıq edirlər. Bakının Nəsimi rayonundan B.Qorşkov, Biləsuvardan Ə.Rəsulov və Z.Cəfərov, Şəmkirdən R.Mirzəyeva, Samuxdan M.Əliyev və başqaları belə problemlə üzləşmişlər.

Sənədlərin daha etibarlı mühafizəsini təmin etmək üçün onların qorunması və düzgün arxivləşdirilməsi həmişə vacib məsələ hesab olunmalıdır.

Xalqla Prezidentin birliyi bütün çətinlikləri dəf edəcək

Azərbaycan dövlətinin iqtisadi inkişafı o qədər davamlı, xalqla iqtidar arasında yaranmış birlik o qədər sarsılmazdır ki, hazırda dünyanı çalxalayan böhrana baxmayaraq, xalqımız öz sabahına inanır, heç bir ümidsizliyə qapılmır. Ölkə Prezidentinin indiyədək həyata keçirdiyi siyasət nəticəsində yaradılmış potensial tam imkan verir ki, Azərbaycan sürətli tərəqqi yolunu bundan sonra da davam etdirsin.

Dövlətimizin başçısı 2016-cı ilin yanvar ayında 46-cı Davos Forumunda "Yeni enerji tarazlığı" sessiyasında bəyan etmişdir ki, hazırkı proseslər son 10 ildə 3 dəfə artan Azərbaycan iqtisadiyyatında yeni islahatlar üçün əlverişli məqam yaratmış, 15-20 il bundan sonra - neftdənsonrakı dövrdə görülməsi nəzərdə tutulan tədbirlərə artıq başlanmışdır və ÜDM-in cəmi 12 faizi həcmində xarici borcu olan Azərbaycan bu vəziyyətdən daxili imkanlar hesabına uğurla çıxacaqdır.

Bu inamı bizə ölkədə hökm sürən sabitlik, xalqın öz Prezidentinə etimadı və Prezidentin öz xalqına arxalanması yaradır. Azərbaycan Prezidenti 2015-ci ilin yekunlarına həsr olunmuş iclasda haqlı olaraq bir daha qeyd etmişdir: "Azərbaycanda sabitlik təmin edilir, ictimai-siyasi vəziyyət müsbətdir. Azərbaycanda xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir".

Azərbaycanın davamlı olaraq qazandığı qələbələr, əldə etdiyi nailiyyətlər onun reytinqini ilbəil artırır. BMT-nin "Ümumdünya iqtisadi vəziyyəti və 2016-cı il üçün perspektivlər" adlı hesabatında göstərilir ki, 2016-cı və 2017-ci illərdə Azərbaycanda iqtisadi artım müvafiq surətdə 2,5 və 2,9 faiz olacaqdır, bu da inkişaf dinamikasının davam edəcəyini sübut edir.

Azərbaycanın müdafiə qüdrətinin artması da beynəlxalq reytinq agentliklərinin diqqətindən yayınmamışdır. Davos İqtisadi Forumu zamanı Amerika nəşri "U.S.News and World Report"un "Dünyanın ən güclü orduları: güc amili" reytinq cədvəlində Azərbaycan ordusu 60 ən güclü ordu sırasında 38-ci yer tutmuş, Macarıstan, Rumıniya, Çexiya, Malayziya kimi ölkələri qabaqlamışdır.

Dünya ölkələrində idmanın inkişafını araşdıran "Sportcal" resursu dünyanın 97 faizini əhatə edən 190 ölkədə vəziyyəti öyrənərək 81 ölkə arasında Azərbaycanı 37-ci yerə, idmanın insan həyatına təsiri reytinqi üzrə Bakını 100 şəhər arasında 26-cı yerə layiq görmüşdür. Bunlardan əlavə, qədim Gəncə şəhərinin "2016-cı il Avropa Gənclər Paytaxtı" seçilməsini, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçiriləcəyini, 2018-ci ildə Naxçıvanın "İslam Mədəniyyəti Paytaxtı" elan olunmasını və başqa tədbirləri qeyd etmək olar.

Artıq Azərbaycanın qarşısında duran vəzifələr, aparılacaq islahatlar, iqtisadi inkişafın prioritet istiqamətləri konkret müəyyən edilmiş və bu işlərə start verilmişdir. Bunların arasında, ilk növbədə, Azərbaycanı böyük beynəlxalq tranzit dəhlizinə, regionun aparıcı iqtisadi, siyasi və mədəni mərkəzinə çevirmək, çoxsaylı yeni iş yerlərinin yaradılmasına təkan verən sənaye müəssisələrini istifadəyə vermək, vacib ekoloji layihələri davam etdirmək ön sırada durur və onların tam həyata keçiriləcəyinə hamı inanır.

Azərbaycan Prezidenti 2016-cı il yanvarın 29-da respublika gəncləri ilə görüşündə cari və perspektiv vəzifələri, bir sözlə, gələcəyimizin konturlarını müəyyənləşdirərək respublikanın iqtisadi imkanlarının çox geniş olduğunu, bu gün ölkəmiz üçün yeni, neftdənsonrakı dövrün başlandığını, islahatların daha da dərinləşəcəyini, bütün istiqamətlər üzrə sahibkarlığın inkişaf edəcəyini, gələcək ideoloji modelimizin isə milli köklərə bağlılıqdan, dünyaya açıq olmaqdan, bütün ölkələrlə sıx əməkdaşlıqdan ibarət olduğunu bir daha bəyan etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin əsas vəzifəsinin tarixi torpaqlarımızın geri qaytarılmasından ibarət olduğunu bir daha qeyd etmiş, ümumazərbaycan dəyərlərini konkretləşdirərək bundan sonrakı nəsillərin dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət amalları ilə yaşamalı olduğunu bir vəzifə kimi irəli sürmüşdür.

Xalqımız inanır ki, nə qədər Azərbaycan dövlətinin sükanı arxasında böyük siyasətçi və dövlət xadimi İlham Əliyev dayanır, o, bütün sınaqlardan qələbə ilə çıxacaq, indiki çətinliklərin də öhdəsindən layiqincə gələcək, müstəqilliyimiz əbədi olacaqdır.

Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Loading Bars
Xəbər lenti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak edirlər (VİDEOYAYIM)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb (VİDEO)
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub (FOTO/VİDEO)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Bütün xəbərlər