...

XİN: Azərbaycan Suriya xalqının iradəsinə uyğun böhranın siyasi həllinin tapılmasının tərəfdarıdır

Siyasət Materials 17 Fevral 2016 13:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” adı altında keçirilmiş konfransda çıxış edərək Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkəmizin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
XİN: Azərbaycan Suriya xalqının iradəsinə uyğun böhranın siyasi həllinin tapılmasının tərəfdarıdır

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Londonda "Suriyaya və regiona dəstək" adı altında keçirilmiş konfransda çıxış edərək Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkəmizin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə açıqlamasında bildirib.

H.Hacıyev deyib ki, biz, ən əsası bölgədə sülh və atəşkəsin bərqərar olması və Suriya xalqının iradəsinə uyğun olaraq, böhranın siyasi həllinin tapılmasının tərəfdarıyıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti