...

Xocalı faciəsinin qurbanları Koreyada anılıb

Siyasət Materials 24 Fevral 2016 12:12 (UTC +04:00)
Xocalı soyqırımının qurbanları Koreyada yad edilib.
Xocalı faciəsinin qurbanları Koreyada anılıb

Bakı. Trend:

Xocalı soyqırımının qurbanları Koreyada yad edilib.

Azərbaycanın Koreyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Azərbaycanın Koreyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə 20 fevral tarixində səfirlik əməkdaşları və "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri, eləcə də bir sıra koreyalı və əcnəbi tələbələrin iştirakı ilə Seul şəhərinin mərkəzində, Koreya Milli Assambleyasının və ölkənin qabaqcıl media şirkətlərinin yerləşdiyi Yeouido ərazisində veloyürüş təşkil edilmişdir.

Veloyürüşdən sonra Xocalı soyqırımını əks etdirən köynəklər geyinmiş yürüş iştirakçıları soyqırıma dair Səfirlik tərəfindən Koreya dilində hazırlanmış müxtəlif tipli təbliğat materiallarını şəhər sakinlərinə paylamışlar.

Xocalı soyqırımı barəsində Koreya ictimaiyyətinə geniş məlumat vermək məqsədi ilə həmçinin, "BUTA" Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri Heydər Əliyev Fondu və Rusiyada yaşayan həmvətənlərimiz tərəfindən hazırlanmış Xocalıya dair video çarxları Koreya dilinə tərcümə edib yenidən hazırlayaraq Koreyanın internet portallarında, eləcə də sosial şəbəkələrdə yerləşdirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti