...

Qərbi Avstraliya parlamentində Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Siyasət Materials 26 Fevral 2016 15:51 (UTC +04:00)
Fevralın 26-da Qərbi Avstraliya parlamentində Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Qərbi Avstraliya parlamentində Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Bakı. Trend:

Fevralın 26-da Qərbi Avstraliya parlamentində Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, parlamentin deputatı Lyuk Simpkins tərəfindən təşkil edilib.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev iştirak edib.

Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalı və Xocalıda törədilmiş soyqırım barədə məlumat verilib, materiallar təqdim edilib.

Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət" kampaniyası barədə informasiya təqdim olunub.

Tədbirdə parlamentin deputatları, Avstraliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti