...

Millət vəkillərinin etirazları nəzərə alındı

Siyasət Materials 4 Mart 2016 13:11 (UTC +04:00)
Milli Məclisin bəzi deputatlarının mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyindən alınaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi ilə bağlı etirazı nəzərə alınıb.
Millət vəkillərinin etirazları nəzərə alındı

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bəzi deputatlarının mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyindən alınaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi ilə bağlı etirazı nəzərə alınıb.

Ötən gün Milli Məclisin Gənclər və idman komitəsinin iclasında "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi aparılıb.

"Qanuna təklif olunurdu ki, 53-1.5-ci maddədəki "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəzlənsin.

Bu gün Milli Məclisin keçirilən plenar iclasında parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, millət vəkillərinin etirazları nəzərə alınaraq parlament rəhbərliyinə müraciət olunub: "Parlamnet rəhbərliyi də qanunvericilik təşəbbüsü subyektinə müraciət edib və məsələ əvvəlki qaydada qalıb. Yəni, oyunlardan əldə olunan gəlirlərin böyük hissəsinə nəzarət nazirliyin, az qismi isə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətinə verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti