Bakı. Elçin Mehdiyev - Trend:
"Ölkələr və mədəniyyətlər arasında əməkdaşlığın və əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. Çox sevindirici haldır ki, Bakı bu cür əməkdaşlığın qurulması üçün dünyada bir mərkəzə çevrilib və öz təcrübə və biliklərini bu istiqamətə yönəldir".
Bunu Trend-ə Norveçin sabiq baş naziri Qro Harlem Brundtland deyib.
Q.Brundtland bildirib ki, IV Qlobal Bakı Forumu qlobal bir əməkdaşlıqdır ki, dünyanın bütün hissələrini əhatə edir: "Biz Bakıda yeni təcrübə və biliklər əldə edirik".
Sabiq baş nazir bildirib ki, Azərbaycanda 2016-cı ilin multikulturalizm ili elan edilməsi mühüm əhəmiyyət kəsb edir: "Multikultural dünya gələcək nəsillər üçün yaxşı imkanlar açır. Mən Azərbaycanı bu cür təşəbbüs göstərməsi münasibəti ilə təbrik edirəm. Bu təşəbbüs bizə lazım olan multikultral dünyanı irəli aparmaqda öz töhfəsini verəcək".