...

Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvünü qəbul edib (FOTO)

Siyasət Materials 10 Mart 2016 17:22 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçi qəbul edib.
Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvünü qəbul edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçi qəbul edib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ölkəmizə əvvəlki səfərlərini, Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını və Prezident İlham Əliyev ilə keçirdikləri görüşləri xatırladı. Dördüncü Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən Mladen İvaniç hazırda bütün dünya ölkələrinin tamamilə yeni çağırışlarla üzləşdiyini, tədbirin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını qeyd etdi.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşlərini xatırlayan dövlətimizin başçısı bu səfərlərin əməkdaşlığımızın yaxşı göstəricisi olduğunu vurğuladı. Dördüncü Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin hər il daha da artdığını deyən Prezident İlham Əliyev tədbirin ümumi maraq doğuran bir çox məsələlərin müzakirəsi baxımından önəmini qeyd etdi.

Görüşdə ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti