...

Kəmaləddin Heydərov İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb

Siyasət Materials 11 Mart 2016 16:31 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kəmaləddin Heydərov İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov martın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, K.Heydərov qonaqları salamlayaraq iki yaxın qonşu və dost ölkə arasındakı mövcud əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırıb. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən nazir rəhbərlik etdiyi nazirliyin İran İslam Respublikasının müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini ifadə edib.

Q.Rzayi səmimi görüşə görə təşəkkürünü bildirib, Novruz bayramı ərəfəsində Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Qonaq hər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlığın yüksələn xətlə inkişafının əhəmiyyətindən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti