...

Ərdoğan: Azərbaycan Türkiyəyə qardaş münasibətini bir daha göstərdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Mart 2016 16:24 (UTC +04:00)
Azərbaycan Türkiyəyə qardaş münasibətini bir daha göstərdi.
Ərdoğan: Azərbaycan Türkiyəyə qardaş münasibətini bir daha göstərdi (ƏLAVƏ OLUNUB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan Türkiyəyə qardaş münasibətini bir daha göstərdi.

Trend-in məlumatına görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasından sonra mətbuata bəyanatlarla çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib: "Azərbaycan Prezidentinə minnətdaram".

Dövlət başçısı qeyd edib ki, Türkiyə əvvəlki kimi Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi məsələsində dəstəkləyəcək.

O, həmçinin vurğulayıb ki, Azərbaycan Prezidenti ilə görüşdə energetika və müdafiə sahələrində bir sıra məsələlər müzakirə olunub: "Bundan başqa, Azərbaycan Prezidenti ilə regional məsələlər müzakirə edilib".

Prezident əlavə edib ki, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası çərçivəsində 6 sənəd imzalanıb: "Türkiyə Azərbaycanın müstəqillik qazandığı gündən bəri 25 il ərzində əldə etdiyi uğurlarla fəxr edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti