...

Əfv sərəncamı mütərəqqi islahatların daha yüksək səviyyədə aparılmasına təkan verəcək

Siyasət Materials 17 Mart 2016 21:09 (UTC +04:00)
Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalaması yüksək qiymətləndirilməlidir.
Əfv sərəncamı mütərəqqi islahatların daha yüksək səviyyədə aparılmasına təkan verəcək

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalaması yüksək qiymətləndirilməlidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Fəzail Ağamalı bildirib.

O, qeyd edib ki, sərəncamın imzalanması, Avropa qurumlarının siyahısında olan, ictimai-siyasi fəaliyyətinə görə müəyyən dərəcədə həbs olunması iddia edilən şəxslərin azadlığa buraxılması ölkəyə qarşı hər hansı bir şəkildə neqativ münasibətlərin dəyişməsinə yardım edə bilər: "Məncə, bu adamların ictimai təhlükəliliyi o dərəcədə deyil ki, həbsxanada saxlanılsınlar və ölkə üçün də müəyyən problemlər yaransın. Ona görə də mən bu əfv sərəncamını yüksək qiymətləndirirəm. Ümid edirəm ki, bu sərəncam həm də ölkədə demokratikləşmənin genişlənməsinə, mütərəqqi islahatların daha da yüksək səviyyədə aparılmasına təkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti