...

Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Minsk qrupu ilə məsləhətləşmələrə başlayıb

Siyasət Materials 2 Aprel 2016 13:42 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşmələrə başlayıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib: "Tərəfləri təmkinli olmağa, hər hansı zorakılıqdan dərhal imtina etməyə çağırırıq. Rusiya ATƏT-in Minsk qrupunun tərəfdaş həmsədrləri ilə məsləhətləşmələrə başlayıb. Hadisələrin inkişafını izləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti