...

Hərbi attaşelərin iştirakı ilə toplantı keçirilib

Siyasət Materials 4 Aprel 2016 13:45 (UTC +04:00)
Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində toplantı keçirilib.
Hərbi attaşelərin iştirakı ilə toplantı keçirilib

Bakı. Trend:

Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində toplantı keçirilib.

Bu barədə Trend Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov iştirak edib.

Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı, o cümlədən atəşkəsin pozulması səbəbləri, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdləri, erməni silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan mütəmadi olaraq cəbhə xətti boyu yerləşən Azərbaycan kəndlərinin atəşə tutulması barədə hərbi attaşelərə obyektiv məlumatlar təqdim edilib.

Bundan əlavə, hərbi attaşelər mülki əhalinin yaşayış binalarının, nəqliyyat vasitələrinin və sahəyanı ərazilərinin intensiv artilleriya silahlarından atəşin altında saxlanması, bunun nəticəsi olaraq düşmənin təxribatçı hərəkətlərinin qarşının alınması barədə məlumatlandırılıblar.

Sonda toplantı iştirakçılarının sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti