...

Deputat: Status-kvo artıq dəyişir

Siyasət Materials 7 Aprel 2016 11:24 (UTC +04:00)
Cəbhə xəttində baş verən son hadisələr göstərdi ki, Ermənistan öz təcavüskar, işğalçı siyasətini davam etdirir və mütəmadi olaraq Azərbaycanın dinc sakinlərinə qarşı yenə də qətliamlarını həyata keçirir
Deputat: Status-kvo artıq dəyişir

Bakı. Elçin Mehdiyev - Trend:

"Cəbhə xəttində baş verən son hadisələr göstərdi ki, Ermənistan öz təcavüskar, işğalçı siyasətini davam etdirir və mütəmadi olaraq Azərbaycanın dinc sakinlərinə qarşı yenə də qətliamlarını həyata keçirir. Bunun biz aprel ayının 1-dən 2-ə keçən gecə daha şiddətli olduğunu gördük".

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Azərbaycan Ordusu öz üzərinə düşən vəzifəsini yerinə yetirərək ölkə əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə işğalçı Ermənistan silahlı qüvvələrinə layiqli cavab verdi və onları yerinə oturtdu: "Azərbaycan bir daha göstərdi ki, qüdrətli, güclü dövlətdir və qısa müddətdə öz ərazisini işğalçılardan tamamilə təmizləyə bilər. Amma Azərbaycan qan tökülməsini istəmir, bu məsələni sülh yolu ilə həll etməyə çalışır. Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında da, Rusiya xarici işlər nazirinin Bakıya səfəri zamanı da, yaralanmış Azərbaycan əsgərlərinə baş çəkərkən də bunu bəyan etdi. Amma Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərindən çıxmayana qədər nəinki Azərbaycan, bütün Cənubi Qafqaz və bəlkə də Avropa üçün real müharibə təhlükəsi qalmaqdadır. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməlidir. Bu artıq günün tələbidir. Əks tədqirdə, Azərbaycan Ordusu özü bu missiyanı həyata keçirəcək".

B.Əliyev vurğulayıb ki, artıq status-kvo dəyişdi: "Bu gün Azərbaycan Ordusunun birtərəfli qaydada atəşkəs elan etməsi onu göstərdi ki, status-kvo artıq dəyişir və dəyişdikcə də sülh yaxınlaşır. Deməli, bu məsələ birdəfəlik öz həllini tapmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti