...

Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

Siyasət Materials 12 Aprel 2016 13:27 (UTC +04:00)
Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb.
Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

Bakı. Trend:

Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Silahlı Qüvvələrinin 38 əsgər, 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit olmaqla 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti