...

Aİ və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni saziş məsələsi hələ müzakirə mərhələsindədir

Siyasət Materials 14 Aprel 2016 12:33 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni saziş məsələsi hələ müzakirə mərhələsindədir.

Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, həm Azərbaycan, həm də Aİ yeni, geniş və hərtərəfli hüquqi baza almağı istəyirlər.

M.Mardın sözlərinə görə, tərəflər artıq 25 ildir sıx əməkdaşlıq edirlər, sonuncu saziş 1999-cu ildə qüvvəyə minib və həmin vaxtdan xeyli dəyişikliklər baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti