...

Novruz Məmmədov: Ermənistan rəhbərliyi təxribatlarını davam etdirir

Siyasət Materials 3 May 2016 17:09 (UTC +04:00)
Bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır. Görünür, aprelin əvvəllərində həyata keçirilən təxribatın davamıdır.
Novruz Məmmədov: Ermənistan rəhbərliyi təxribatlarını davam etdirir

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifi ilə bağlı Trend-in sualını cavablandırıb.

- Novruz müəllim, iki erməni deputatın Ermənistan hökumətinin Dağlıq Qarabağın müstəqilliyini tanıması təklifinə sizin münasibətiniz necədir?

- Bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır. Görünür, aprelin əvvəllərində həyata keçirilən təxribatın davamıdır. Onlara cavab veriləcəyini bilirdilər. Əsas məqsədləri də bunu bəhanə edərək danışıqlar prosesini pozmaq, status-kvonu saxlamaq imiş. Ermənistan tərəfi bir daha sübut edir ki, onlar üçün beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də danışıqlar prosesi heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, həmsədrlər bu məsələyə mütləq münasibət bildirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti