...

Əli Əhmədov: Azərbaycanın gələcəyini parlaq görmək istəyiriksə, ölkə təhsili inkişaf etdirilməlidir

Siyasət Materials 5 May 2016 11:43 (UTC +04:00)
"Azərbaycanın gələcəyini parlaq görmək istəyiriksə, ölkə təhsili inkişaf etdirilməlidir. Bu mənada prezidentin islahatlarının ən böyük ağırlığı təhsil işçilərinin üzərinə düşür".
Əli Əhmədov: Azərbaycanın gələcəyini parlaq görmək istəyiriksə, ölkə təhsili inkişaf etdirilməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycanın gələcəyini parlaq görmək istəyiriksə, ölkə təhsili inkişaf etdirilməlidir. Bu mənada prezidentin islahatlarının ən böyük ağırlığı təhsil işçilərinin üzərinə düşür".

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Azərbaycanda təhsil sahəsində böyük islahatların aparıldığını bildirən Baş nazirin müavini deyib ki, ən böyük resurs tükənməyən, daha da artan və artma imkanları olan insan resurslarıdır: "İnanıram ki, təhsil işçiləri bu resursların yetişdirilməsi, bu gün məktəblərimizdə təhsil alan şagirdlərin dərin mənalı vətəndaş kimi yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər".

Ə.Əhmədov deyib ki, Azərbaycan xalqı tərəfindən H.Əliyevin ad gününün qeyd edilməsi ona verilən yüksək qiymətin nəticəsidir: "Azərbaycan məktəblərində H.Əliyevin irsinin öyrənilməsi Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmlənməsi kimi hesab edilən aksiya sayıla bilər. H.Əliyev irsini öyrənmək dövlətçiliyə hörmətin ifadəsi kimi qiymətləndirilə bilər. Hər il minlərlə, bəzi hallarda on minlərlə şagird H.Əliyevin zəngin irsini öyrənir, inşa yazı müsabiqələrində iştirak edirlər. Bununla şagirdlər bir yandan H.Əliyevə hörmətini bildirir, bir yandan da dövlətçilik ənənələri möhkəmlənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti