...

Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Misirdə silsilə tədbirlər keçirilib (FOTO)

Siyasət Materials 6 May 2016 19:39 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən Misirdə silsilə tədbirlər keçirilib.
Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Misirdə silsilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyi tərəfindən Misirdə silsilə tədbirlər keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Misirin beş milyon əhalisi olan Qəlyubiyyə əyalətində yerləşən Misir-Azərbaycan Dostluq parkına gələn səfirliyin əməkdaşları, burada yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, Qəlyubiyyənin qubernatoru general Rza Fərhat, Milli Məclisin deputatları, Misir ictimaiyyətinin tanınmış xadimləri, KİV nümayəndələri, Misirin nüfuzlu Qahirə və Ayn-Şəms universitetlərinin bir qrup tələbəsi əvvəlcə sözügedən parkda yerləşən mədəniyyət və təhsil ocağını ziyarət edib, orada qurulan Azərbaycan və ulu öndər Heydər Əliyevin güşələri ilə tanış olublar.

Daha sonra Azərbaycanın Misirdəki səfiri Tural Rzayev və Qəlyubiyyənin qubernatoru R.Fərhat Misir KİV-lərini maraqlandıran suallara cavab veriblər.

Bundan başqa, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir Dostluq parkında ucaldılmış heykəlini ziyarət edib və heykəlin önünə gül-çiçəklər qoyaraq ulu öndərin əziz xatirəsini yad ediblər.

Misirin Qahirə Universitetinin magistr tələbəsi Məhəmməd Gövhəri tədbiri giriş sözü ilə açaraq ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra səfir T.Rzayev çıxış edərək ümummilli liderin Azərbaycan tarixində əvəzsiz roluna toxunub, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyini diqqətə çatdırıb. Hazırda Azərbaycanın hər guşəsində ulu öndərin mirasına - məktəblərə, muzeylərə, teatrlara, yaşayış komplekslərinə, sənaye obyektlərinə, turizm, səhiyyə və idman mərkəzlərinə rast gəlindiyini vurğulayıb.

Çıxışında səfir iki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayaraq, əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Öz növbəsində, Qəlyubiyyənin qubernatoru R.Fərhat ümummilli lider Heydər Əliyevin fəaliyyəti, həmçinin onun rəhbərliyi altında Azərbaycanın qısa müddət ərzində sürətlə inkişaf etməsi barədə məlumatlı olduğunu qeyd edib. Qubernator, həmçinin yerli idarəetmə orqanları arasında münasibətlərin inkişafının iki ölkənin əlaqələrinin də dərinləşməsinə təsir etdiyini vurğulayaraq, bu sahədə indiyədək sıx əməkdaşlığın olduğunu və bundan sonra da əlaqələrin inkişafı üçün səylərini davam etdirəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, ulu öndərin doğum gününün 93 illiyi Misirin KİV-də işıqlandırılıb və bununla bağlı analitik yazılar çap olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti