Bakı. Trend:
Gürcüstanın Müdafiə nazirinin Azərbaycana səfəri başlayıb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 14-də Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan görüşdə iştirak etmək üçün Qəbələ şəhərinə gəlib.