...

Rusiyalı ekspert: "Metsamor" AES-in reaktorunu dəyişmək lazımdır

Siyasət Materials 16 May 2016 16:02 (UTC +04:00)
Hələ də Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES-in indiki vəziyyətini nəzərə alaraq, onunla bağlı nə isə etmək lazımdır.
Rusiyalı ekspert: "Metsamor" AES-in reaktorunu dəyişmək lazımdır

Bakı. Elmira Tariverdiyeva - Trend:

Hələ də Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES-in indiki vəziyyətini nəzərə alaraq, onunla bağlı nə isə etmək lazımdır. Bunu Trend-ə politoloq, Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı Vladimir Yevseyev deyib.

Onun sözlərinə görə, tamamilə təhlükəsiz olan yeni növ qiqavat reaktoruna dəyişdirilmə ideal variant ola bilər: "Metsamor" AESn əvvəlcə hər biri 400 meqavat olan iki reaktordan ibarət idi, onlardan biri istismardan çıxarıldı, bundan sorna Rusiya 1 qiqavat elektrik enerjisi hasil edə bilən yeni stansiya tikməyi təklif etdi".

V.Yevseyev qeyd edib ki, problem Ermənistanda bu elektrik enerjisini istehlak edənlərin olmamasından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti