...

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Belçikaya səfər edib

Siyasət Materials 17 May 2016 12:42 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Belçikaya səfər edib.
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Belçikaya səfər edib

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Belçikaya səfər edib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarlılıq platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində mayın 18-də keçiriləcək görüşlərdə iştirak etmək üçün bu gün Belçika Krallığına səfərə gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti