...

Küveyt Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlıdır

Siyasət Materials 23 May 2016 14:20 (UTC +04:00)
Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Küveytin Vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahla görüşüb.
Küveyt Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlıdır

Bakı. Trend:

Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Küveytin Vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahla görüşüb.

Azərbaycanın Küveytdəki səfirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı səfir Azərbaycan Prezidenti lham Əliyevin şəxsən Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabaha, Vəliəhd Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabaha və bütün Küveyt xalqına ünvanladığı səmimi salamları və xoş arzuları çatdıraraq, Azərbaycan rəhbərliyinin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.

Ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin inkişafı üçün münbit şərait yaratdığını bildirən səfir E.Qəhrəman İslam dinini birincilər sırasında qəbul etmiş Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunaraq, mövcud əlaqələrin qurulması və inkişafında xalqımızın Ümummilli lideri Heydər Əliyevin böyük rolunu vurğuladı, daha sonra cənab Prezident İlham Əliyevin 2009-cu ilin fevral ayında Küveytə rəsmi səfərinin əhəmiyyətini qeyd edib. Eyni zamanda, bu cür yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı səmimi münasibətlərin inkişafına güclü təkan verdiyini bildirib.

Həmçinin, Şeyx Nəvaf Əl-Əhmədin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu qeyd edərək, bu səfərin iki ölkə arasında mövcud münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.

Daha sonra beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığından söhbət açan səfir ölkəmizin taleyüklü problemi olan Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Küveyt Dövlətinin Respublikamıza göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirdi, iki ölkə arasında mövcud sıx əlaqələrin daha da inkişaf etməsi və genişlənməsi üçün var qüvvəsini sərf edəcəyini vurğulayıb.

Küveyt Dövlətinin Vəliəhdi Küveyt rəhbərliyi və xalqının Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını və bu münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini vurğuladı. Şeyx Nəvaf Əl-Əhməd səmimi salamlarına və xoş arzularına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə etdi və öz növbəsində dövlət başçımıza səmimi salamlarının və dost Azərbaycan xalqına rifah, inkişaf və tərəqqi barədə arzularının çatdırılmasını xahiş etdi.

Söhbətin sonunda Vəliəhd Şeyx Nəvaf Əl-Əhməd bir daha dost Azərbaycan Respublikasının ölkəsindəki səfirini qəbul etməkdən məmnun olduğunu vurğuladı və səfir E.Qəhrəmana diplomatik fəaliyyətində uğurlar arzuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti