Xəlil Akıncı: Prezident İlham Əliyev Türkiyə ilə Azərbaycanın strateji müttəfiq və qardaş ölkələr olduğunu nümayiş etdirdi

Siyasət Materials 9 İyun 2016 18:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya səfəri çərçivəsində Bundestaqda nəzərdə tutulan görüşlərini təxirə salaraq dünyaya haqsızlığın cavabsız qalmayacağı mesajını verib.
Xəlil Akıncı: Prezident İlham Əliyev Türkiyə ilə Azərbaycanın strateji müttəfiq və qardaş ölkələr olduğunu nümayiş etdirdi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya səfəri çərçivəsində Bundestaqda nəzərdə tutulan görüşlərini təxirə salaraq dünyaya haqsızlığın cavabsız qalmayacağı mesajını verib.

Trend-in məlumatına görə, bunu Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının sədri Xəlil Akıncı deyib.

O qeyd edib ki, Almaniya Bundestaqının qondarma "erməni soyqırım"ının tanınmasına dair qətnamə qəbul etməsinə görə İlham Əliyev alman deputatlar və iki ölkə arasında parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşməyib:

"Azərbaycan hər zaman Türkiyənin yanında olduğunu bir daha göstərdi. İlham Əliyev Türkiyə ilə Azərbaycanın strateji müttəfiq olmaqla yanaşı, qardaş ölkələr olduğunu da nümayiş etdirdi".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti