...

Sabir Həbibov Prezidentin fəxri diplomu ilə təltif edildi

Siyasət Materials 16 İyun 2016 18:28 (UTC +04:00)
Prezident İlham Əliyev Sabir Həbibovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sabir Həbibov Prezidentin fəxri diplomu ilə təltif edildi

Bakı. Trend:

Prezident İlham Əliyev Sabir Həbibovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, tibb elminin inkişafındakı xidmətlərinə görə Sabir Qaçay oğlu Həbibov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

Qeyd edək ki, tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi" (2009), Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü S.Həbibov Moskva şəhəri Səhiyyə Departamentinin 79 nömrəli Şəhər Klinik Xəstəxanası dövlət müəssisəsinin Rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti