...

AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri MSK-da olublar (FOTO)

Siyasət Materials 17 İyun 2016 15:35 (UTC +04:00)
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri MSK-da olublar (FOTO)

Bakı. Trend:

İyunun 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda, Stefan Şennak və Belçikanın senatoru, AŞ PA Komitəsinin sədri, Azərbaycanda insan haqları üzrə məruzəçi Alen Desteksi ilə görüşüb.

MSK-dan Trend-ə verilən məlumata görə, Komissiyanın sədri Məzahir Pənahov nümayəndə heyətini salamlayaraq görüşdən məmnunluğunu bildirib və MSK-nın Avropa Şurası, eləcə də onun müxtəlif qurumları ilə çoxillik səmərəli əlaqələri barədə danışıb.

Sədr bildirib ki, o, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığına hər zaman önəm verir və seçkilərlə bağlı müxtəlif sahələrdə bu əlaqələrin davam etdirilməsi seçki praktikasının daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatmasında beynəlxalq təşkilatlarla əlaqələrin və inkişaf etmiş dünya təcrübəsinin öyrənilməsinin xüsusi rolu var.

Səmimi qəbul üçün minnətdarlıqlarını bildirən qonaqlar ölkəmizdə seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər və iyunun 18-də prosesləri yaxından müşahidə edəcəkləri 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin azad və ədalətli keçirilməsi üçün atılan addımlarla maraqlanıblar.

M.Pənahov nümayəndə heyətinin suallarını ətraflı cavablandıraraq, ölkəmizin seçki sistemi, seçki qanunvericiliyi, habelə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün həyata keçirilən layihələri onların diqqətinə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti