Prezident İlham Əliyev: "Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, müstəqilliyin əleyhinə heç bir addım atmasın"

Prezident İlham Əliyev: "Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, müstəqilliyin əleyhinə heç bir addım atmasın"

Bakı. Trend:

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşüb.

Qəsəbə sakinlərini salamlayan Prezident İlham Əliyev deyib: "Bu gün Nardaran qəsəbəsinin infrastrukturunun yenilənməsi işində çox əlamətdar bir gündür. Daxili yolların təmiri başa çatıb və biz bu gün birlikdə bu yolların açılışını qeyd edirik. Bir müddət bundan əvvəl Nardaran sakinləri mənə məktubla müraciət etmiş, qəsəbəyə dəvət etmişlər. Mən hesab etdim ki, əliboş gəlməyim. O vaxt gəlim ki, artıq bu yollar hazır olsun. Bu gün bu yollar açılır. Mən çox şadam ki, artıq bu yollar tam gözəl, yeni görkəm alıb. Həm Maştağa-Bilgəh yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub, genişlənib. Köçürülmüş binalar üçün lazımi səviyyədə kompensasiya verilib. Bu işlərdə qəsəbə sakinləri də iştirak edirlər. Yəni, bu, gözəl layihədir. Bu layihə göstərir ki, Azərbaycanın hər bir yeri, hər bir guşəsi, hər bir qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram Azərbaycanda elə bir qəsəbə qalmasın ki, onun infrastrukturu lazımi səviyyədə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı prosesi sürətlə gedir. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik enerjisi, qaz, su təchizatı yaxşılaşır. Demək olar ki, bu infrastruktur layihələrinin böyük əksəriyyəti artıq həll olunub. O ki qaldı yol infrastrukturuna, əlbəttə ki, bu infrastruktur digər layihələrlə uzlaşmalıdır. Xüsusilə kanalizasiya xətlərinin çəkilişi ön planda olmalıdır ki, sonra yolların qazılmasına ehtiyac qalmasın".

Dövlətimizin başçısı deyib ki, Bakı bizim gözəl şəhərimizdir, dünyanın ən gözəl şəhərlərindən biridir: "Əlbəttə ki, Bakıətrafı qəsəbələr də bu səviyyəyə yaxın olmalıdır. Ona görə, qəsəbədə yaşayan insanların şəraiti, iş yerləri, abadlıq işləri də öz həllini tapmalıdır və tapır. Əminəm ki, gələcək illərdə bu günə qədər həll olunmayan məsələlər də öz həllini tapacaq və bütün qəsəbələrdə daha da yaxşı şərait yaradılacaq. Əlbəttə, iş yerlərinin açılması prosesi daim getməlidir. Son illərdə Azərbaycanda bu istiqamətdə böyük işlər görülüb, ancaq əhali artır. Bu da iqtisadi inkişafımızın təzahürüdür. Çünki insanlar daha da yaxşı yaşayır və beləliklə, demoqrafik vəziyyət yaxşılaşır. Ancaq, eyni zamanda, bu, yeni iş yerlərinin yaradılmasını tələb edir. Ölkə iqtisadiyyatı, sənaye istehsalı, bax, bu demoqrafik vəziyyətə uyğun şəkildə inkişaf etməlidir. Ona görə, iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər ərzində bir milyondan artıq iş yeri yaradılıbdır, biz, əlbəttə, bu məsələni daim diqqət mərkəzində saxlamalıyıq. İş yerlərinin yaradılması investisiya tələb edir, dövlət, özəl sektor sərmayə qoymalıdır. Buna görə də biznes mühiti daha da yaxşı olmalıdır. Bu istiqamətdə son vaxtlar çox ciddi addımlar atılır, islahatlar dərinləşir və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir".

Prezident vurğulayıb ki, ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır. İctimai infrastruktur yaradılır - məktəblər, tibb mərkəzləri, ictimai binalar, parklar: "Mən istəyirəm ki, hər bir yaşayış məntəqəsində çox gözəl şərait olsun, o cümlədən Nardaran qəsəbəsində. Son aylar ərzində görülən işlər göz qabağındadır. Buna heç bir şərh verməyə də ehtiyac yoxdur. Nardaran qədim yaşayış yeridir. Burada əsrlər boyu insanlar yaşayıb, yaradıb, dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin rahat yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir".

İlham Əliyev bildirib ki, Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir, edilir, hər bir yerdə insanlar rahat yaşamalıdır: "Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan bu baxımdan çox sürətlə inkişaf edən ölkədir. O cümlədən dini azadlıqlar təmin edilir. Mən bu yaxınlarda iftar süfrəsində bu məsələlərlə bağlı fikirlərimi bir daha demişəm. Azərbaycanda məscidlər, digər dinlərin məbədləri tikilir, təmir olunur. Biz nadir bir ölkədə yaşayırıq. Bunu biz yaratmışıq. Bütün dinlərin nümayəndələri rahat yaşayırlar və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ona görə, bütün bu məsələlər kompleks şəkildə öz həllini tapır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz milli, dini ənənələrinə sadiqdir: "Bizim bu işdə dünya miqyasında oynadığımız rol müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Müsəlman aləmini birləşdirən ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İslam Əməkdaşlıq Təşkilatının, onun rəhbərlərinin Azərbaycanla, Azərbaycanda gedən proseslərlə bağlı fikirləri, - bunlar mətbuatda dərc edilib, - bizdə dini məsələlərə onlar tərəfindən verilən yüksək qiymət ən böyük göstəricidir. Bunu biz demirik, bunu müsəlman aləmini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı deyir. Bu təşkilat həmişə bizi dəstəkləyir, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. Yəni, Azərbaycanda bütün məsələlər ardıcıl şəkildə, düşünülmüş siyasət əsasında öz həllini tapır. Əsas məsələ ondan ibarətdir ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin, insanlar özlərini rahat hiss etsinlər, inkişaf üçün imkan olsun, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın və beləliklə, biz gələcəyə daha da inamla baxaq və taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Müstəqillik bizim ən böyük sərvətimizdir. İyirmi beş ildir ki, biz müstəqil həyat yaşayırıq və ancaq müstəqillik dövründə Azərbaycan xalqı artıq böyük nailiyyətlərə çata bilib.

Əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq. Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini Azərbaycan xalqı demək olar ki, lazımi səviyyədə görməyib. Baxmayaraq ki, hələ XIX əsrdə Azərbaycan dünya neftinin yarısını verirdi, XX əsrin əvvəllərində, ortalarında Sovet İttifaqı miqyasında xüsusi yer tuturdu. Ancaq Sovet İttifaqı dağılanda hamımız yaxşı xatırlayırıq biz nəyi gördük. Dağılmış sənaye, bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu. Ancaq bu gün biz öz taleyimizin sahibiyik. Bunu hər bir Azərbaycan vətəndaşı qiymətləndirməlidir".

Prezident vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu müstəqilliyi daha da möhkəmləndirsin və müstəqilliyin əleyhinə heç bir addım atmasın: "Birincisi, bu, cinayətdir. İkincisi, bu, yolverilməzdir, mənəvi nöqteyi-nəzərdən də yolverilməzdir. Bu gün cəmiyyətdə bütövlükdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı çalışır ki, öz dövlətinin gücünü artırsın, o cümlədən Nardaran sakinləri. Onların da bu işlərdə çox dəyərli töhfələri var. Əminəm ki, burada bundan sonra işlər daha da yaxşı gedəcək.

Mən bu gün xüsusilə Nardaran qəsəbəsinə gəlmişəm ki, bu mübarək Ramazan ayında sizinlə birlikdə olum, sizi, bütün Azərbaycan xalqını bir daha bu mübarək ay münasibətilə təbrik edim və bu gözəl yenilikləri biz birlikdə qeyd edək. Bundan sonra da daim yeniliklər olacaq. Bilməlisiniz ki, bu qəsəbənin problemləri digər qəsəbələrin problemləri kimi daim diqqət mərkəzindədir. Bu gün Bakıətrafı qəsəbələrdə həyata keçirilən infrastruktur layihələri bunu göstərir. Bütün qəsəbələrdə, harada ki, indi ehtiyac var, yol, su, kanalizasiya xətləri çəkilir, məktəblər tikilir, iş yerləri açılır. Bu proses daha da sürətlə getməlidir və gedəcək. Sizi bir daha salamlayıram, sizə uğurlar arzulayıram".

X X X

Göstərdiyi yüksək diqqət və qayğıya görə nardaranlılar adından Prezident İlham Əliyevə minnətdarlıq edən qəsəbə sakini Ağasəid Orucov dedi:

- Möhtərəm cənab Prezident, qəsəbəmizə xoş gəlmisiniz. İcazə verin, bu mübarək günlərdə öz dəyərli vaxtınızı sərf edib bizimlə görüşə gəldiyinizə görə qəsəbəmizin əhalisi adından Sizə minnətdarlığımızı bildirim.

Cənab Prezident, ölkəmizin hər yerində olduğu kimi, bizim Nardaran qəsəbəsində də gördüyünüz kimi, böyük abadlıq-quruculuq işləri həyata keçirilib. Qəsəbəmizdə qaz, su, işıq barədə demək olar ki, heç bir problem qalmayıb.

Prezident İlham Əliyev: Həll olunub?

Ağasəid Orucov: Bəli, həll olunub. Dünyada iqtisadi-siyasi böhranın getdiyi bir dönəmdə ölkəmizin daxili və xarici siyasətində apardığınız uğurlu işlərin hamısını hər birimiz xatırlayırıq, hər birimizin bu barədə məlumatı var. Xüsusilə qeyd etmək istəyirəm ki, son vaxtlarda, yəni, aprel ayının əvvəllərində ordumuzun erməni işğalçılarına qarşı apardığı dörd günlük müharibədə Azərbaycan əsgərinin göstərdiyi şücaət, cənab Prezident, Sizin təbirinizcə desək, sübut etdi ki, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var. Bizim təbirimizcə desək, həmin ordunun başında öz xalqını, Vətənini canından da artıq sevən Sizin kimi Ali Baş Komandanımız var, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ ol.

Ağasəid Orucov: Sizinlə fəxr edirik, qürur duyuruq, cənab Prezident. Sizin məhz qətiyyətli siyasətiniz nəticəsində Ermənistanın prezidenti son qısa müddət ərzində iki dəfə danışıqlar masası arxasında oturmağa məcbur oldu. Biz bunu dünən də hiss etdik, gördük. Bu yolda Sizə uğurlar arzu edirik. Cənab Prezident, Sizi əmin edirik ki, bütün Azərbaycan əhalisi kimi, Nardaran əhalisi də Sizin yürütdüyünüz siyasəti bəyənir, - bunu sözdə demirəm, həqiqətən də belədir, - dəstəkləyir və bu yolda Sizə uğurlar arzu edirik. İnanırıq ki, inşallah, Sizin rəhbərliyiniz ilə torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Bu mübarək Ramazan günlərində Sizə və ailənizə Ulu Tanrıdan cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi qorusun, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev qəsəbə sakinləri ilə söhbət etdi.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Prezident İlham Əliyevə son dövrlərdə Nardaranda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Qeyd etdi ki, qəsəbədə Mədrəsənin tikintisi davam edir.

Prezident İlham Əliyev: Tezliklə mədrəsə tikilməlidir və orada tədris prosesi başlamalıdır. Mən şeyx həzrətləri ilə bu yaxınlarda bu barədə danışmışam.

Ağasəid Orucov: Söküləndə elə dedilər, cənab Prezident. Adil müəllim gəldi, camaatla görüş keçirdi.

Adil Vəliyev: Möhtərəm Prezident, burada 9700 nəfər əhali yaşayır. İki tam orta məktəbin, xəstəxananın, poliklinikanın binaları Sizin göstərişinizlə tam təmir olunub. Burada iş yerləri ilə bağlı vaxtilə heç kəsə olmayan güzəştlər edilib. Balıqçılıqla məşğuldurlar, özlərinin şəxsi təsərrüfatları var, tədarük edirlər. Yeni iş yerlərinin yaradılması ilə bağlı tapşırıq vermisiniz. Bununla bağlı İqtisadiyyat Nazirliyi ilə danışmışıq, işlər görüləcək.

Prezident İlham Əliyev: Burada kiçik müəssisələr yaradılmalıdır ki, insanları işlə təmin edə bilək.

Qəsəbə sakinləri bu yaşayış məntəqəsində aparılan silsilə abadlıq-quruculuq işlərinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, yerli əhalinin məşğulluğunun tam təmin olunması və ixrac imkanlarının artırılması üçün də tədbirlər davam etdirilir.

Prezident İlham Əliyev bu baxımdan Nardaranda istixana komplekslərinin yaradılmasına xüsusi diqqət yetirməyin vacibliyini vurğulayaraq dedi:

- İndi istixanalara daha da böyük maraq var. Çünki indi bazar açılıb. Biz daha da böyük bazarlara çıxırıq. Bu bazarlarda da bizim məhsulumuzu bəyənirlər, gözləyirlər. Ona görə istixanaların yaradılmasına diqqət artırılmalıdır. İndi Bakıda işləyənlər də var. Çoxdur Bakıda işləyənlər?

Adil Vəliyev: Bəli, buradan Bakıda işləyənlər çoxdur. Şəhərdə tikintidə, ticarətdə işləyirlər. Müxtəlif yerlərdə, neft şirkətlərində işləyənlər, ali məktəblərdə dərs deyənlər var. Çoxdur.

Prezident İlham Əliyev: Orta məktəblər də tam hazırdır. Yəni, ehtiyac yoxdur, iki məktəbdir.

Adil Vəliyev: Ehtiyac yoxdur, iki məktəbdir. Dövlət Proqramında 295 nömrəli məktəbin təmiri nəzərdə tutulur, onu da bu yaxınlarda başlayacağıq.

Prezident İlham Əliyev: Burada insanların asudə vaxtlarını səmərəli keçirmələri üçün ictimai yerlər də olmalıdır.

Adil Vəliyev: Hamısı var, möhtərəm Prezident. Bayaq gördünüz, orada idman kompleksi var.

Prezident İlham Əliyev: Artıq hazırdır?

Adil Vəliyev: Bəli, hazırdır. Bu yaxınlarda bu binanın da açılışını edəcəklər. Burada Mədəniyyət Evi, “Azərişıq”ın idarəsi yerləşir, aşağıdakı isə Fövqəladə Hallar Nazirliyinin binasıdır.

Prezident İlham Əliyev: İndi baxın, digər ictimai yerlər də olsun ki, insanlar yığışıb otura bilsinlər, asudə vaxtlarını keçirsinlər. Mən çoxdandır burada olmamışam.

Ağasəid Orucov: Prezident olmadığınız vaxt gəlmişdiniz.

Prezident İlham Əliyev: Bəli, o vaxt gəlmişdim. O vaxt məndən xahiş etmişdilər. Pirə də gəlmişdim, görüşmüşdük o vaxt. Amma indi yaxşı fürsət oldu, həm Ramazan ayında, həm də bu yolların açılışı münasibətilə gəldim.

Ağasəid Orucov: Çox təşəkkür edirik. Çox yaxşıdır. İnşallah, daha da yaxşı olacaq.

Prezident İlham Əliyev: Qaz, işıq, hər şey qaydasındadır?

Adil Vəliyev: Hər şey qaydasındadır. Sərfiyyat 70 faiz aşağı düşüb. Tam ödəniş var. Çünki insanlara güzəşt olunur.

Prezident İlham Əliyev: Əvvəllər bir az ödəmirdilər. Bir az deyəndə yumşaq deyirəm.

Ağasəid Orucov: 42 milyon manat borc yığılmışdı.

Adil Vəliyev: Möhtərəm Prezident hamısını sildi.

Prezident İlham Əliyev: Onu sildik. Dedik ki, bunu silək, amma bundan sonra ödəyin.

Ağasəid Orucov: Daha olmayacaq. Çox sağ olun, təşəkkür edirik.

Adil Vəliyev: Sərfiyyat da 70 faiz aşağı düşüb. Qaz, su, işıq tam qaydasındadır.

Ağasəid Orucov: Çox yaxşıdır. Heç bir problem olmayacaq. Cənab Prezident, çıxışımda da qeyd etdim, həqiqətən bir problemimiz olmayıb. Daim işığımız, qazımız olub, çox sağ olun.

Prezident İlham Əliyev: İndi qəsəbədaxili yollara da baxın. Siz də, “Azəravtoyol” da bu yolları düzəltmisiniz, amma digər yollar da var. Onları da belə səviyyəyə gətirmək lazımdır.

Saleh Məmmədov: Baş üstə cənab Prezident.

Adil Vəliyev: 2013-cü ildə Sizin Sərəncamınızla 2 milyon manat ayrılmışdı. O vaxt Zabrat və Nardaran qəsəbələrinin yollarına 120 min kvadratmetr asfalt vurulub. Burada küçələrin çoxu asfaltdır, çox yaxşıdır.

Prezident İlham Əliyev: Yəqin ki, torpaq küçələr də var.

Adil Vəliyev: Var, amma o biri qəsəbələrlə müqayisədə azdır.

Prezident İlham Əliyev: Yaxşı, gedim, ziyarət edim.

Sakinlər: Çox sağ olun. Təşəkkür edirik.

X X X

Sonda xatirə şəkilləri çəkdirildi.

Eyfel qülləsi 16 dekabrdan ziyarət üçün açıq olacaq
Eyfel qülləsi 16 dekabrdan ziyarət üçün açıq olacaq
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Loading Bars
Xəbər lenti
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması qaydası təsdiqləndi
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi” arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi dayandırılıb
Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
"Təmiz şəhər" ASC 285 min manata yaxın məbləğdə müqavilə imzalayıb
17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - İqtisadiyyat Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO)
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb (FOTO/VİDEO)
Azərbaycanda əlilliyi olan şəxslər sosial müdafiə, reabilitasiya, məşğulluq tədbirləri ilə əhatə olunublar
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı
Braziliya Federal Senatının birinci vitse-prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Kazanda 6-cı İƏT Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
Poltava universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib (FOTO)
Tibbi maskadan istifadə etməyən 747 sərnişin cərimələnib (FOTO)
Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
“AzerGold” Azərbaycanın dövlət sektoru üzrə ixracında liderlər sırasında yer alıb
Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi (VİDEO)
Dekabrın 3-də manatın dollara qarşı məzənnəsi
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə
Azərbaycanla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir - Hulusi Akar
44 günlük müharibədə Ermənistanın 30 ildir qurduğu ordusu darmadağın edildi - Hərbi ekspert
"Azərişıq" ASC-nin 5 əməkdaşı Vətən Müharibəsində şəhid olub, 17 nəfər yaralanıb
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
Azərbaycanda uşaq müdafiə mexanizmi təkmilləşdiriləcək - Dövlət Komitəsi
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Deputat Naqif Həmzəyev seçicilərin qayğıları ilə tanış olub (FOTO)
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb
Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)
Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir (FOTO)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar
Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)
"Şahdəniz" yatağından hasil olunan kondensat satışından 205 milyon dollar gəlir əldə edilib
Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artıb
Gəncədə yaralı hərbçilər ziyarət edilib
Azərbaycan Cənubi Qafqazda tamamilə fərqli və yeni eranın başlanğıcını qoydu - Deputat
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
İsveçdə Azərbaycan həqiqətlərindən bəhs edən kitab nəşr olunub
COVID-19 ABŞ-da Çindən daha əvvəl qeydə alınmış ola bilər
Azərbaycan özünü qalib xalq, məğlubedilməz dövlət kimi təsdiq etdi - Pərvin Kərimzadə
Cənubi Qafqazda sabitlik Türkiyə üçün çox önəmlidir - Mövlud Çavuşoğlu
Noyabrın 10-da Azərbaycanda Zəfər Günü qeyd ediləcək
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM
Mixael Şumaxerin oğlu Formula 1-də yarışacaq
690 bal toplayan Xocavəndli gənc müəllim Mingəçevir Dövlət Universitetinin uğurları üçün çalışır (FOTO)
Sabahın hava şəraiti açıqlanıb
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi (ÖZƏL)
Fərdi Məşğulluq Proqramı nədir? (VİDEO)
XTD komandiri İkinci Qarabağ müharibəsində şəhid olub - FOTO
Cəlilabadda karantini pozan 14 nəfər cərimələnib (FOTO)
Bütün xəbərlər