...

Elmar Məmmədyarov BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 5 Avqust 2016 15:06 (UTC +04:00)
Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsini qəbul edib

Bakı. Trend:

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi və BMT-nin İraqdakı Dəstək Missiyasının rəhbəri Yan Kubişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər, sülhün və sabitliyin təmin olunması istiqamətində BMT tərəfindən həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə qeyd etdikləri kimi mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti