...

MSK referendumla bağlı daha iki təşviqat qrupunu qeydə aldı

Siyasət Materials 20 Avqust 2016 12:14 (UTC +04:00)
“Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qruplarının qeydə alınması məsələsinə baxılıb.
MSK referendumla bağlı daha iki təşviqat qrupunu qeydə aldı

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qruplarının qeydə alınması məsələsinə baxılıb.

Trend-in məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova bildirib. O qeyd edib ki, 2016-cı il sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün bələdiyyələr tərəfindən yaradılmış “Bələdiyyə” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən yaradılmış “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupları imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib.

Daha sonra məsələ səsə qoyulub və hər iki təşviqat qrupu qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti