Siyavuş Novruzov: Əli Kərimli növbəti mitinqdə təxribat, qarşıdurma yaratmağa cəhd edəcək

Siyavuş Novruzov: Əli Kərimli növbəti mitinqdə təxribat, qarşıdurma yaratmağa cəhd edəcək

Bakı. Elçin Mehdiyev – Trend:

“Cənab Prezident İlham Əliyevin də həmişə qeyd etdiyi kimi, Azərbaycan müstəqil dövlətdir və ümummilli liderin əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət xəttini ardıcıl olaraq davam etdirir. Heç şübhəsiz, ölkəmizdə gedən iqtisadi inkişaf, xalq-iqtidar birliyi, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin Prezidenti dəstəkləməsi bəzi xarici qüvvələri narahat edir”.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Azərbaycanın müstəqil addımlar atdığını gördükdə isə bu xarici qüvvələr daha da aqressivləşirlər və müxtəlif təzyiq metodları seçməyə çalışırlar.

O vurğulayıb ki, Azərbaycanda böyük dövlətlərin başçılarının iştirakı ilə beynəlxalq miqyaslı tədbirlər həyata keçirilir, regionun simasını dəyişən ciddi qərarlar qəbul edilir, müxtəlif müqavilələr imzalanır:

“Bu müqavilələrin qəbul olunması, imzalanması və ümumilikdə, bütün bu işlərin təşkilatçılığını Azərbaycan öz üzərinə götürür. Təbii ki, bəzi dövlətlər, bir sıra beynəlxalq təşkilatlar onlardan soruşulmadan dünya üçün belə mühüm qərarların qəbul olunmasından narahatlıq keçirirlər və ayrı-ayrı üsullarla, xüsusilə erməni lobbisinin vasitəsilə, həm Azərbaycanın daxilində, həm də xaricdə olan satqınların, vətən xainlərinin əli ilə Azərbaycana qarşı müxtəli qarayaxma kampaniyaları həyata keçirməklə məşğuldurlar".

S.Novruzov qeyd edib: "Elə götürək vaxtilə Azərbaycanda səfir işləmiş və ölkədə güzəştli şərtlərlə neft biznesi ilə məşğul olmaq istəyən Riçard Kozlariçi. Erməni lobbsinin quyruğu olan bu şəxs institut müəllimi işlədiyi halda, gecə-gündüz ancaq Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olur və bir dəfə də olsun Azərbaycanda qaçqınlar, məcburi köçkünlər, Xocalı faciəsi ilə bağlı məsələlərə toxunmur. O, ancaq Azərbaycana qarayaxmaqla məşğuldur və onun buradakı əlaltısı Əli Kərimli və onun dəstəsidir. Təsadüfi deyil ki, ikisi də eyni vaxtda, eyni məqsədlə hərəkətə başlayıb. Yəni erməni lobbisinin göstərişi və ayırdığı pulla Əli Kərimli burada mitinq keçirir, oğlu Vaşinqtonda çıxış edir və heç bir hüquqi əsası olmayan bir dinləmə keçirib Azərbaycanda insan hüquqları ilə və referendumla bağlı fikir söyləməyə çalışır. Əvvəla, referendum Azərbaycan xalqının iradəsidir və Azərbaycan vətəndaşları 26 sentyabrda məntəqələrə gəlib ona münasibət bildirəcək. Əli Kərimlinin hərbi xidmətdən yayınmış oğlu isə gedib Amerikada Azərbaycan xalqı adından danışır ki, xalq referenduma gəlməyəcək və yaxud xalqın səsləri saxtalaşdırılacaq. Adama deyərlər ki, sən əvvəlcə, gəl vətən qarşısında borcunu yerinə yetir, sonra hər hansı siyasi proseslərə münasibət bildir. Sən başqa “vətən” qarşısında borcunu yerinə yetirirsən, erməni lobbisi qarşısında borcunu yerinə yetirirsən. Həm özün, həm atan Əli Kərimli məhz bu funksiyanı yerinə yetirirsiniz. Siz Azərbaycan xalqının problemlərinin hansı birini beynəlxalq ictimaiyyət qarşısında qaldırmısınız?! Siz hansı mənəvi haqla Azərbaycan xalqı adından fikir söyləyirsiniz?!"

Millət vəkilinin sözlərinə görə, təsadüfi deyil ki, bu cür dəstələrdən hər biri xarici qurumların əlində alətə çevriliblər və onlardan istifadə edərək Azərbaycana qarşı imkan düşdükcə bu və ya digər formada təzyiq göstərməyə çalışırlar:

"Gücləri çatmayanda da Avropa strukturlarını və orada erməni lobbisinə xidmət edən deputatları və təbii ki, Azərbaycanın daxilində olan vətən xainlərini işə salmağa çalışırlar. Hətta belə məlumatlar var ki, Milli Şuranın sentyabrın 17-də keçiriləcək mitinqində bunlar təxribata getməyə, qarşıdurma yaratmağa cəhd göstərəcəklər. Əli Kərimlinin tapşırığı bundan ibarətdir ki, mitinqdə mütləq qarşıdurma olmalıdır ki, bu, gələcəkdə Azərbaycana qarşı təzyiq vasitəsinə çevrilsin. Halbuki sərbəst toplaşmaq azadlığı tanınır, kütləvi aksiyaların keçirilməsi üçün hər cür şərait yaradılır, təhlükəsizlikləri təmin olunur, ancaq belə vəziyyət bunlara sərf etmir. Çünki, birincisi, sosial baza, elektoratları yoxdur, ora gələn insanların böyük hissəsi pul ilə tutulmuş insanlardır, bir qrupu terrorçuların nümayəndələri, bir qrupu isə dini ekstremizimlə məşğul olan insanların qohum-əqrəbasıdır, hansılarındaki Azərbaycanın dövlət quruluşunun zorla dəyişdirilməsinə cəhd fikirləri hələ də var.

Təsadüfi deyil ki, Əli Kərimlinin müavini Nardarandakı radikal islamçılarla, köməkçisi isə terrorçu FETÖ qruplaşması ilə əlaqələrinə görə istintaqa cəlb olunur. Digər bir yaxın qohumu isə Avropadan İŞİD-i dəstəkləyən bəyanatlar verir. Bu amil bir daha sübut edir ki, siyasi səbatsız və prinsipsiz Əli Kərimli hakimiyyətə qarşı hər cür destruktiv dairələrlə əməkdaşlığa hazırdır və xaricdəki havadarları ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmağı bir vəzifə kimi onun qarşısına qoyublar. 17 sentyabr mitinqi də məhz ölkədə qarışıqlıq yaratmağa xidmət edir. Bu baxımdan vətəndaşlaımızı ayıq-sayıq olmağa çağırıram".

S.Novruzov əlavə edib ki, Azərbaycanda kim həbs olunur, kim həbsdən azad olunursa, bunlar Azərbaycanın qanunları ilə tənzimlənir: “Azərbaycanın iki vətəndaşı öz doğma torpaqlarında ermənilər tərəfindən saxlanılıb və onlarla bağlı Azərbaycan ərazisində məhkləmə şousu düzəldilib, ancaq bununla bağlı heç kimin səsi çıxmır, bir bəyanat vermirlər. Necə olur, Azərbaycanda cinayət törətmiş bir şəxsin dərhal azadlığa buraxılması tələb olunur və yaxud da hansısa qeyri-hökumət təşkilatının nümayəndəsi qrantları oğurladığına görə həbs olunanda onun azadlığa buraxılması tələb olunur. Bax budur bunları ədalətsizliyi. Azərbaycan xalqı bunu gözəl bilir və öz prezidentinin ətrafındadır”.

S.Novruzov bildirib ki, bunlar hamısı eyni mərkəzdən idarə olunurlar: “Cənab Prezidentin qaldırdığı məsələ düzdür, bizi haqqı-ədalət yolundan heç bir şey döndərməyəcək, çünki cənab Prezident öz xalqını təmsil edir, öz xalqını müdafiə edir və imkan vermir ki, kimsə böyük qardaş funksiyasını həyata keçirsin və yaxud da hansısa beynəlxalq təşkilat Azərbaycana göstərişlər versin. Bizim bu amalımız dəyişməzdir, möhkəmdir”.

"Bakı metropoliteni" tender elan edib
"Bakı metropoliteni" tender elan edib
Dövlət Neft Fondu texniki xidmət üzrə tender elan edib
Dövlət Neft Fondu texniki xidmət üzrə tender elan edib
"Aztelekom" elektrik qurğuları satın alacaq
"Aztelekom" elektrik qurğuları satın alacaq
Loading Bars
Xəbər lenti
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Estoniya prezidenti özünü təcrid edir
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi
TÜRKPA-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
"Ural Hava Yolları" Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb
Azərbaycan qlobal çağırışlara həmişə töhfə verib - Deputat
Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan
Azərbaycanda bu məhsulların istehsalı artıb
Ankarada Azərbaycanın Vətən müharibəsinin şəhidləri yad edilib (FOTO)
Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
Şəhidlərin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində də yad edilib (FOTO)
Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev
Gəncədə din xadimləri şəhidlərin xatirəsini yad ediblər (FOTO)
İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb
Türkiyəli nazir Qars logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq
Şəhidlərin xatirəsini yad etmək məqsədilə müntəzəm xətt avtobusların hərəkəti dayandırılıb - BNA
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! (FOTO)
Şəkidə şəhidlərimizin xatirəsi yad edilib (FOTO)
Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq
Əjdərbəy məscidində şəhidlərin xatirəsi anılıb
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb (FOTO/VİDEO)
Dağlıq Qarabağın kimə məxsus olduğu BMT qətnamələri ilə çoxdan müəyyən edilib - Peskov
Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO)
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində parlaq səhifədir - Aleksandr İşein
Ərazini tərk edən ermənilər məzarları dağıdıblar - “Amnesty International” Kəlbəcərdə (FOTO)
İranda sutka ərzində 347 nəfər koronavirusdan ölüb
Vətən yolunda canlarından keçən oğullarımız daim qəlbimizdədir - Milix Yevdayev (FOTO)
Azərbaycan şəhidlərinin xatirəsi Türkiyə və İranda da yad edilir
Azərbaycan hərbi əməliyyatları dəqiqliklə quraraq Ermənistandan daha az itki verdi - Deputat
Məni güllə altında sürüyərək ərazidən çıxardılar - Qarabağ qazisi
Siyəzəndə yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstəsi saxlanılıb (VİDEO)
Paşinyanın reytinqi kəskin düşüb
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb (VİDEO)
Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək
Azərbaycan zəfər çalaraq tarixdə yeni səhifə açdı - Allahşükür Paşazadə
Dövlət Dəniz Agentliyində şəhidlərin əziz xatirəsi anılıb (VİDEO)
Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Deputat
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcıları barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
"Şəhidlik yaxşı ölümdür" deyirdi - Şəhid Tural Rəhimov
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker
Heydər məscidində anım mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq
Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər (FOTO)
Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir (FOTO)
Gəncə şəhərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)
Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək (FOTO)
Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anılıb (FOTO)
Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Həmsədr
Döyüşlərə 30 ilin həsrəti ilə atılmışdıq - Qarabağ qazisi
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı (FOTO)
Niderlandda Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz aksiyası keçirilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi
Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır
Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri
Bütün xəbərlər