...

Bolqarıstan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyini qəbul edib (FOTO)

Siyasət Materials 19 Sentyabr 2016 18:36 (UTC +04:00)
Nyu-Yorkda keçirilən “Concordia” Sammiti çərçivəsində Bolqarıstan Prezidenti Rosen Plevneliev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edib.
Bolqarıstan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyini qəbul edib (FOTO)

Bakı. Trend:

Nyu-Yorkda keçirilən “Concordia” Sammiti çərçivəsində Bolqarıstan Prezidenti Rosen Plevneliev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Lagumdziya və Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti müzakirə edilib. Bu ilin noyabr ayında Bosniya və Hersoqovinada bir sıra dövlət başçılarının, o cümlədən Bolqarıstan Prezidenti Rosen Plevnelievin iştirakı ilə keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. V Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan Ali səviyyəli toplantının əhəmiyyəti vurğulanıb.

Sonra Bolqarıstan Prezidenti ilə V Qlobal Bakı Forumuna hazırlıq məsələləri və Forumun işini təşkil edəcək mövzular geniş müzakirə edilib. Görüşdə həmçinin bu gün dünyanı narahat edən qlobal problemlər, o cümlədən Avropanın gələcəyinə dair bir sıra məsələlər barədə müzakirələ aparılıb.

Qeyd edək ki, iki gün davam edəcək Sammit çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərindən ibarət nümayəndə heyətinin digər rəsmi şəxslər və nüfuzlu siyasətçilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti