Bakı. Maksim Tsurkov – Trend:
Sentyabrın 26-da Azorbaycan Konstitusiyasına referendumla bağlı keçirilmiş referendum ölkənin siyasi sabitliyinin yeni zəmanətidir,
Trend-in məlumatına görə, bunu mətbuat konfransında Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktor müavini Uilyam Rasimora deyib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının səsverməsinə təqdim edilmiş Konstitusiyaya dəyişikliklər azadlıqları gücləndirəcək və demokratiyanı müdafiə edəcək: "Belə ki, bu dəyişikliklər hər hansı hakimiyyət boşluğunun qarşısını alaraq, ölkə institutlarının sabitliyini təmin edəcək. Beləliklə, biz Konstitusiya referendumunun nəticələrini olduqca diqqət mərkəzində saxlayırıq".
U.Rasimora əlavə edib ki, Avropa İttifaqının tərəfdaş dövləti olan Azərbaycanda siyasi sabitlik və vətəndaşların azadlıqlarının qorunması beynəlxalq əlaqələrin inkişafının mühüm zəmanətidir:
"Komandamız 49 səsvermə məntəqəsində müşahidə apardı və 5 məntəqədə səslərin sayılmasını izlədi. Səsvermənin yüksək səviyyədə keçdiyini müşahidə etdik, səslərin sayılması prosesində qanun pozuntularının şahidi olmadıq, bu isə prosesin Azərbaycan vətəndaşlarının gözləntilərinə cavab verdiyini aydın göstərir. Biz eyni zamanda referendumu günü ərzində ölkədə mühitin dinc və sakit olduğunu müşahidə etdik".