...

Roman Tesfaye: Efiopiya Azərbaycanla bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır (FOTO)

Siyasət Materials 22 Noyabr 2016 12:13 (UTC +04:00)
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiyanın birinci xanımı Roman Tesfaye ilə görüşüb.
Roman Tesfaye: Efiopiya Azərbaycanla bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır (FOTO)

Bakı. Trend:

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Efiopiyanın birinci xanımı Roman Tesfaye ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın hələ ötən əsrin 60-ci illərindən Efiopiya ilə təhsil və elm sahəsində yaxın münasibətlərinin olduğunu bildirən səfir E.Abdullayev ölkəmizin dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olduğunu vurğulayıb. Dövlətimiz tərəfindən qadınlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək, Heydər Əliyev Fondunun geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəltdiyini, Fondun təşəbbüsü ilə ölkəmizdə mədəniyyətlərarası dialoqda qadının roluna həsr olunmuş və ümumiyyətlə bir sıra müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini bildirib. Səfir E.Abdullayev, həmçinin, Azərbaycan və UNESCO-nun birgə təşəbbüsü və səyi ilə Afrikanın Liberiya, Keniya, Tanzaniya, Uqanda kimi ölkələrində təhsil səviyyəsinin artırılması məqsədilə "Gənc qızların təhsili" adlı müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib.

Efiopiyanın birinci xanımı Roman Tesfaye müasir dünyada, xüsusən də Afrika qitəsində gənc qızların bir çox problemlərlə üzləşdiyini qeyd edərək, ölkəmizin bu sahədə geniş fəaliyyətini yüksək qiymətləndirib. Efiopiyanın birinci xanımı Azərbaycan ilə bir çox aktual sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti