...

Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb (FOTO)

Siyasət Materials 11 Yanvar 2017 11:18 (UTC +04:00)
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb.
Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb (FOTO)

Bakı. Trend:

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti