Əli Həsənov: Azərbaycan ilə Səudiyyə Ərəbistanını müştərək dəyərlər və qarşılıqlı faydalı əlaqələr birləşdirir

Əli Həsənov: Azərbaycan ilə Səudiyyə Ərəbistanını müştərək dəyərlər və qarşılıqlı faydalı əlaqələr birləşdirir

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-İxbariyyə” televiziyasına müsahibə verib. Trend müsahibəni təqdim edir.

- Səudiyyə Ərəbistanı Krallığı təxminən 26 il bundan əvvəl Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Krallıqla Azərbaycan arasındakı əlaqələri necə səciyyələndirirsiniz və perspektivləri necə görürsünüz?

- Dost və tərəfdaş ölkələr kimi Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında bir çox sahələri əhatə edən səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Qeyd etdiyiniz kimi, 1991-ci il dekabrın 30-da Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olub, 1992-ci ilin fevralında isə dövlətlərimiz arasında diplomatik əlaqələr qurulub. Ötən dövr ərzində Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı münasibətləri tənzimləyən müqavilə-hüquq bazası formalaşdırılıb, hökumətlər səviyyəsində müştərək komissiya yaradılıb, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verib, bu siyasət sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edim ki, 2015-ci ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun dəvəti ilə Krallığa rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm impuls verib.

Münasibətlərimizin perspektivlərinə gəldikdə, düşünürəm ki, burada böyük potensial var. Biz müxtəlif sahələri əhatə edən imkanlardan hələ də tam istifadə etməmişik. Əminəm ki, qarşıdan gələn dövrdə əlaqələrimizin daha da genişləndirilməsi və ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün lazımi tədbirlər görüləcək.

- Azərbaycan Respublikası ilə münasibətlər məsələsi İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud ilə görüşün əsas mövzularından oldu. Görüş necə keçdi və Səudiyyə Ərəbistanının beynəlxalq və regional səviyyədə rolunu necə qiymətləndirirsiniz?

- İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud ilə görüşmək və Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Krala çatdırmaq şərəfinə nail oldum. Həmçinin bildirdim ki, Azərbaycan Prezidenti və xalqı IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində onu ölkəmizdə görmək istəyirlər.

Səudiyyə Ərəbistanı Krallığı Körfəz regionunun ən böyük dövləti, ərəb dünyasının liderlərindən və İslam dünyasının ən nüfuzlu ölkələrindən biridir. Krallığın zəngin iqtisadi, maliyyə, humanitar resursları, dini mərkəz statusu ona regionun lider dövlətlərindən biri olmaq imkanı verir. Burada Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında paralel aparmaq olar. Çünki müstəqillik illərində həyata keçirilmiş məqsədyönlü, praqmatik və milli maraqlara əsaslanan siyasi kurs nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzi, bölgənin lider dövləti statusuna yüksəlib. Bu baxımdan ölkələrimizin əlaqələrini daha da dərinləşdirmək üçün böyük imkanlar var. Hesab edirəm ki, biz bu strateji vəzifəni reallaşdırmaq üçün çox iş görməliyik.

- Bu il əl-Cənadəriyyə festivalında iştirak etmək dəvətini almağınızı necə qiymətləndirirsiniz və Krallığın mədəni irsinin bir məkanda təcəssüm olunan rəngarəngliyini necə gördünüz?

- Ölkənizə səfərim və keçirdiyim görüşlərin, habelə iştirak etdiyim mədəni tədbirlərin əhəmiyyətini vurğulamaqla, Səudiyyə Ərəbistanı haqqında təəssüratlarımın çox yüksək olduğunu qeyd etmək istərdim. Dəvətə görə başda İki Müqəddəs Ocağın Xadimi olmaqla, Səudiyyə Ərəbistanının Hökumətinə, mədəniyyət və informasiya nazirinə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Azərbaycan nümayəndə heyətinin də əl-Cənadəriyyə festivalında iştirakı sevindirici haldır. Bu festivalda Krallığın zəngin mədəni irsinin, habelə Ərəb Səhrasında mədəni rəngarəngliyin şahidi oldum. Təəssüratlarım onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı İslam dünyasında təkcə dini mərkəz deyil, həm də mədəni mərkəzlərdən biridir.

- Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında iqtisadiyyat, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün bir sıra sazişlər bağlanıb. Bu əməkdaşlığı necə görürsünüz və gələcəkdə bu, necə inkişaf etdirilə bilər?

- Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dərin, çoxşaxəli və güclü əlaqələr var. 1994-cü ilin iyulunda iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq haqqında Baş Sazişin imzalanması, sonrakı dövrdə ikitərəfli əlaqələrin inkişafını şərtləndirən hüquqi bazanın genişləndirilməsi, qarşılıqlı səfərlərin, təmasların intensivləşdirilməsi, dini, mədəni, tarixi dəyərlər arasında sıx bağlılıq, habelə liderlərimiz arasında xoş və səmimi münasibətlər Səudiyyə Ərəbistanı ilə Azərbaycan Respublikası arasında əlaqələrin bugünkü səviyyəsini və inkişaf perspektivini şərtləndirən başlıca amillərdir. Hesab edirəm ki, formalaşmış baza siyasi, iqtisadi və mədəni əlaqələrimizi daha da möhkəmləndirmək üçün etibarlı zəmin yaradır.

Qeyd edim ki, son illər Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli və xarici iş adamları üçün əlverişli biznes mühitinin inkişaf etdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. Həmçinin Azərbaycanın iqlimi, coğrafi göstəriciləri, yaradılmış müasir turizm infrastrukturu, xalqımızın zəngin mədəni irsi, qonaqpərvərliyi və s. ölkəmizi beynəlxalq turizm üçün cəlbedici məkana çevirib. Düşünürəm ki, bu və digər sahələrdə qarşılıqlı əlaqələrimizi inkişaf etdirmək üçün çox yaxşı potensial var.

Həmçinin bildirmək istərdim ki, 2015-ci ildə tarixdə ilk dəfə l Avropa Oyunlarını uğurla keçirən Azərbaycan bu il də lV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Əminəm ki, həm də siyasi əhəmiyyət kəsb edən bu böyük idman bayramı dünyada İslam həmrəyliyinin təntənəsi olacaq, müsəlman ölkələri arasında mehriban münasibətlərin inkişafına xidmət edəcək.

- Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında neft sahəsində ortaq bir bəyanat var. Neft bazarının hazırkı durumunu necə qiymətləndirirsiniz və ölkəniz neft bazarının sabitləşməsi üçün hansı cəhdləri göstərir?

- Qeyd edim ki, Səudiyyə Ərəbistanı Krallığı 1994-cü ildə Bakıda imzalanmış "Əsrin müqaviləsi"ndə iştirak edib və Krallığın Delta-Hess şirkəti müqavilədə 2,72 faiz paya sahib olub. 2012-ci ildə isə Azərbaycanın neft şirkəti olan SOCAR ilə Səudiyyə Ərəbistanının "Soroof International" şirkəti arasında neft-qaz sahəsində Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, qarşılıqlı səfərlər və enerji məsələləri ilə bağlı təmaslar bu sahədə ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edib.

Bildiyiniz kimi, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi neft hasil edən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Bu sahədə vəziyyətin tənzimlənməsində neft istehsal edən ölkələrin, xüsusilə OPEC üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan OPEC-in üzvü deyil. Bu təşkilata üzv və qeyri-üzv ölkələr arasında neftin qiyməti ilə bağlı razılaşma var. Ölkəmiz hesab edir ki, neft öz layiqli qiymətinə çatanadək OPEC-ə üzv və qeyri-üzv ölkələr arasında konstruktiv dialoq davam etməlidir.

- Prezident Trampın hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrini necə qiymətləndirirsiniz?

- Biz Amerika xalqının iradəsinə ehtiram göstəririk və cənab Donald Trampın prezident seçilməsini ABŞ xalqının iradəsinin təcəssümü hesab edirik. Azərbaycan ilə ABŞ arasında dərin strateji əlaqələr var. Bu əlaqələr beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də terrorla mübarizə sahələrini əhatə edir. Azərbaycan sülhməramlıları ABŞ qüvvələri ilə birlikdə dünyanın müxtəlif regionlarında xidmət edirlər. Biz ABŞ ilə qarşılıqlı faydalı əlaqələrimizin və səmərəli əməkdaşlığımızın davam etməsini istəyirik.

- Avropa ilə əlaqələriniz, Avropa İttifaqına qoşulmaq üçün səyləriniz barədə nə deyə bilərsiniz?

- Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa Şurası ailəsinə töhfə verməkdə davam edir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı və onun təsisatları arasında davamlı və sıx əlaqələr var. Təkcə onu qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalayıb. Avropa İttifaqı Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu artır.

Azərbaycanın Avropa İttifaqının üzvü olmaq barədə sualınıza gəlincə, qeyd edim ki, ölkəmiz Avropa İttifaqı ilə ikitərəfli çərçivədə qarşılıqlı maraqlara söykənən əlaqələrin inkişafında maraqlıdır.

Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Loading Bars
Xəbər lenti
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
XİN nazirlərin görüşünün təfərrüatlarını açıqlayıb
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır - Deputat
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 514 nəfər koronavirusa yoluxub, 1306 nəfər sağalıb, 15 nəfər vəfat edib
Naxçıvanın postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq - Deputat
Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar (FOTO)
Düşməndən əldə olunan hərbi qənimətlər Qubadlıda istifadə edilir (FOTO)
Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq
Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub (FOTO)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atılır - Deputat
Daha 11 qazi müalicə üçün Türkiyəyə göndərilib
İranda ötən sutka koronavirusdan 307 nəfər ölüb
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Nasizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir - Azərbaycan XİN
Mina xəritələri ilə bağlı məsələ Yerevanda müzakirə olunub - Sergey Lavrov
Kommunikasiyaların bərpasında bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınır - Lavrov
Hesab edirik ki, regionda nəqliyyat əlaqəsinin açılmasına böyük diqqət ayırmaq lazımdır - Ceyhun Bayramov
Rusiya üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrupunun işini yüksək qiymətləndirir - Lavrov
Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov
Yol polisi avtomobillərdə katalizator məsələsinə aydınlıq gətirdi (FOTO)
"Sputnik V" vaksininin ikinci partiyası Azərbaycana mayın sonunda gətiriləcək - Lavrov
Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır - Nazir
Azərbaycan və Rusiya XİN arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Kazanda törədilmiş hadisə ilə bağlı Rusiyaya başsağlığı verib
Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı keçirilib (FOTO/VİDEO)
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Mingəçevir Dövlət Universitetinin tələbələri təcrübələrini uğurla davam etdirirlər (FOTO)
Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb
Ötən gün ölkədə 11 yanğın olub, 1 nəfər xilas edilib
Prezident İlham Əliyev: Azərbaycan dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İranda təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb
UNEC tələbələri Selcuk Bayraktarın “TEXNOFEST” yarışının növbəti mərhələsində
Kazanda məktəbə hücum zamanı 9 nəfər həlak olub (VİDEO) (ƏLAVƏ OLUNUB)
Sabah Bakıda 22, rayonlarda 27 dərəcəyədək isti olacaq
Sergey Lavrov Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
Prezident Naxçıvanın nəyin bahasına olsa da blokadadan çıxışına qəti inam nümayiş etdirdi - Budəfəki səfərin fərqli məzmunu
Azərbaycan-Rusiya nümayəndə heyətlərinin geniş tərkibli görüşü keçirilib
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Ceyhun Bayramovun Sergey Lavrovla təkbətək görüşü keçirilib
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb
Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır
Azərbaycan nefti ucuzlaşıb
Cəlilabadda əməliyyat, 3 kiloqram narkotik aşkarlandı (FOTO)
Mina terrorunun daha bir qurbanı: Bu ərazilərə icazəsiz getməyin! - Trend TV-nin REPORTAJI
Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
Türkiyədən Azərbaycana sement ixracı artıb
Abşeron rayonunda "Renault" yanıb
Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır - Siyasi şərhçi
ABŞ-da yeniyetmələr üçün BioNTech - Pfizer peyvəndinin istifadəsi təsdiqlənib
İsrail polisi ilə toqquşmalarda 610-dan çox fələstinli yaralanıb
Yaponiyada kimyəvi zavodda partlayış olub
Türkiyədə son sutkada koronavirusdan 26 953 nəfər sağalıb
İsrail Qəzza zolağının bəzi şəhərlərinə raket zərbələri endirir
Argentinada koronavirusun Cənubi Afrika və Hindistan ştammlarına yoluxma halları aşkar edilib
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Bütün xəbərlər