...

Prezident İlham Əliyev və xanımı Belçikanın Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsini ziyarət edib (FOTO)

Siyasət Materials 5 Fevral 2017 18:31 (UTC +04:00)
Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər
Prezident İlham Əliyev və xanımı Belçikanın Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət ediblər.

Vaterlo şəhərinin meri Floran Röter Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladı.

Dövlətimizin başçısı və xanımı abidənin önünə gül dəstələri qoydular.

Ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti