...

İlham Əliyev Almaniyanın yeni seçilmiş Prezidentini təbrik edib

Siyasət Materials 13 Fevral 2017 12:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Almaniyanın yeni seçilmiş Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Ştaynmayer, Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ölkələrimiz arasındakı ikitərəfli və çoxtərəfli qaydada sıx əməkdaşlıq bu gün dinamik şəkildə inkişaf etməkdədir.

Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti