Bakı. Samir Əli - Trend:
Bir müddət əvvəl təmas xəttində ermənilər tərəfindən girov götürülmüş Bərdə rayon sakini Elnur Hüseynzadə ilə bağlı Respublika Hərbi Prokurorluğu araşdırmalara başlayıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika Hərbi Prokuroru Xanlar Vəliyev deyib.
Onun sözlərinə görə, E.Hüseynzadə əvvəllər hərbidə xidmət edib:
"Amma düşmən tərəfinə keçməzdən əvvəl hərbi xidmətdən tərxis olunması barədə əmri var. Bununla bağlı hazırda araşdırma aparılır".
Qeyd edək ki, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu Ermənistan hərbçiləri tərəfindən saxlanılıb.