...

Nazir: Hindistanla münasibətlər etimad və anlaşmaya, beynəlxalq təkilatlarda dəstəyə söykənir

Siyasət Materials 9 Mart 2017 18:26 (UTC +04:00)
Azərbaycan və Hindistan xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib.
Nazir: Hindistanla münasibətlər etimad və anlaşmaya, beynəlxalq təkilatlarda dəstəyə söykənir

Bakı. Trend:

Azərbaycan və Hindistan xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov hindistanlı həmkarına ünvanladığı məktubunda qarşılıqlı etimad və anlaşmaya, beynəlxalq təkilatlarda dəstəyə söykənən iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Hindistanın xarici işlər naziri Suşma Svaraj E.Məmmədyarova göndərdiyi məktubunda iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəni və insanlararası təmaslar daxil olmaqla müxtəlif sahələrdə uğurlu əməkdaşlığın ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti