...

Ekspert: Bakı Moskvanın təşəbbüs göstərdiyi layihələrdə iştirakını siyasi-iqtisadi səmərə baxımından nəzərdən keçirir

Siyasət Materials 3 Aprel 2017 13:16 (UTC +04:00)
Bakı Moskvanın təşəbbüs göstərdiyi inteqrasiya layihələrində iştirakını siyasi və iqtisadi səmərə baxımından nəzərdən keçirir
Ekspert: Bakı Moskvanın təşəbbüs göstərdiyi layihələrdə iştirakını siyasi-iqtisadi səmərə baxımından nəzərdən keçirir

Bakı. Səba Ağayeva - Trend:

Bakı Moskvanın təşəbbüs göstərdiyi inteqrasiya layihələrində iştirakını siyasi və iqtisadi səmərə baxımından nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu “Rusiya-Azərbaycan: diplomatik münasibətlərin 25 ili Tərəfdaşlıq strategiyası” mövzusunda Dəyirmi masada çıxış edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

O qeyd edib ki, iki ölkənin xüsusən, Qafqazda və Xəzər regionunda təhlükəsizlik sahəsində birgə risklərini unutmaq lazım deyil: “Ölkələr bu gün hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirir, bununla belə Azərbaycan eyni zamanda, özünün müstəqil müdafiə sənayesini inkişaf etdirir”.

Ekspert həmçinin qeyd edib ki, Rusiya və Türkiyə arasında yaxşı münasibətlər Azərbaycan üçün müsbət haldır, çünki Bakı Türkiyə ilə müttəfiqlik əməkdaşlığına malikdir və Rusiya ilə mehriban qonşuluq münasibətlərinin tərəfdarıdır: “Azərbaycan tərəfindən atılan müəyyən addımlar Moskva ilə Ankara arasında gərginliyin azalmasına yardım edib. Biz bir sıra formatlarda, məsələn Türkiyə ilə istənilən layihələrin icrasında üçüncü tərəf ola bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti