...

Elmar Məmmədyarov Malta və İtaliyaya səfərə gedib

Siyasət Materials 17 Aprel 2017 13:05 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Malta və İtaliyaya rəsmi səfərə yola düşüb.
Elmar Məmmədyarov Malta və İtaliyaya səfərə gedib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Malta və İtaliyaya rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir E.Məmmədyarovun Malta və İtaliyadan olan həmkarları və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

İtaliyaya səfər çərçivəsində E.Məmmədyarov Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş foto-sərginin açılışında iştirak edəcək və Beynəlxalq Təşkilatlar üzrə İtaliya Cəmiyyəti təşkilatında “Azərbaycanın xarici siyasəti və İtaliya ilə münasibətlər” mövzusunda mühazirə ilə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti