Bakı. Ləman Zeynalova - Trend:
Xəzər dənzinin enerji resurslarının dünya bazarlarına tədarükündə Azərbaycan Xəzəryanı ölkələrə nümunədir.
Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Xəzər-Mərkəzi Asiya - ticarət, loqistika, neft emalı və neft-kimya" konfransında Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib.
Daha sonra o, Azərbaycanın həmişə Xəzəryanı ölkələrlə səmərəli əməkdaşlığın tərəfdarı olduğunu diqqətə çatdırıb və vildirib: "Xəzər dənizinin delimitasiyası məsələsində Azərbaycan təşəbbüskar olub, beynəlxalq hüquq çərçivəsində bu məsələnin həllinə töhfələr verib".