...

Fransa bankları TAP-ın maliyyələşdirilməsində maraqlıdır

Siyasət Materials 26 Aprel 2017 18:18 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikası Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Fransa bankları TAP-ın maliyyələşdirilməsində maraqlıdır

Trend-i buradan izləyin

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikası Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və hər iki ölkə prezidentinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərə mühüm töhfələr verdiyi xüsusi vurğulanıb.

F.Manjen Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Fransaya baş tutan səfərini çox məhsuldar olduğunu deyib və ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, həmçinin Fransa şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sferasında, xüsusən də kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində işləməkdə maraqlı olduqlarını qeyd edib.

E.Məmmədyarov enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın mövcudluğunu misal çəkərək, digər sahələrdə də Fransa şirkətlərinin fəaliyyəti üçün əlverişli imkanların olduğunu bildirib. Nazir TAP layihəsi, eləcə də Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə görülən işlər, habelə bu layihələrin perspektivlərindən danışıb.

F.Manjən iki Fransa bankının sözügedən layihələrinin maliyyələşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov Azərbaycanla Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi üzrə aparılan danışıqlara toxunub. Fransalı diplomat ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsini və bu sazişin tezliklə imzalanmasını dəstəklədiyini bildirib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən söz açıb və həlli uzadılmış münaqişələrin həllinə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət kimi vahid prinsiplərdən çıxış edilməsinin vacibliyini qeyd edib. O, zor gücünə dövlətlərin tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməzliyini və bunun beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu diqqətə çatdırıb. O, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdikləri kimi indiki status-quonu qəbuledilməz və qeyri-davamlı olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti