...

Əlavə xərc yaradılmasından narahat deputat: Siqaret çəkmək üçün çölə çıxmaq olmaz?

Siyasət Materials 27 Aprel 2017 12:21 (UTC +04:00)
Restoranlarda tütünçəkmə üçün açıq və ya yarı qapalı yerlər təşkil edilə bilər.
Əlavə xərc yaradılmasından narahat deputat: Siqaret çəkmək üçün çölə çıxmaq olmaz?

Bakı. İlhamə İsabalayeva - Trend:

Restoranlarda tütünçəkmə üçün açıq və ya yarı qapalı yerlər təşkil edilə bilər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, sahibkarlar belə yerlər yarada bilərlər:

“Sahibkarların buna gücü çata bilər. Ancaq kənd yerlərində qapalı yer necə yaradılsın?! Buna oradakı insanların imkanı çatmaz. İş yerlərində isə siqaret çəkilməsi üçün qapalı yer yaratmağa nə ehtiyac var?! Siqaret çəkmək üçün çölə çıxmaq olmaz?! Biz bu məsələdə özümüzə problem yaradırıq və bununla da sahibkarlara əlavə xərclər yaratmış oluruq. Odur ki, qapalı yerlərin ayrılması məsələsi ilə bağlı bir daha fikirləşmək lazımdır”.

M.Quliyev qanun layihəsində tütünə qarşı mübarizədə sərt tədbirlərin görülməsinin düzgün olmaması barədə səslənən fikirlərə də münasibət bildirib:

“Əsas problem tütünün tüstüsüdür. Bundan qorunmaq lazımdır. Bəzi həmkarlarım ehtiyat edir ki, qanun sərt şəkildə qəbul edilsə, bu işləməyəcək. Axı niyə işləməsin?! Qanuna əməl olunmasa, o zaman insanlar daha çox cərimə olunacaqlar. Bu da büdəcəyə öz müsbət təsirini göstərmiş olacaq. İlk 5-6 ayda çətinlik ola bilər. Amma sonra hər şey öz qaydasına düşəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti