Bakı. Trend:
Rusiyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - Rusiya Günü münasibətilə qəbul təşkil edib.
Trend-in məlumatına görə, mərasimdə Bakıda akkreditə olunan diplomatik missiyaların nümayəndələri, deputatlar, ictimaiyyət nümayəndələri iştirak edib.
Qonaqları salamlayan səfir Vladimir Doroxin bildirib ki, iki ölkəni təkcə qarşılıqlı əməkdaşlıq yox, həm də xalqlar arasındakı dostluq birləşdirir. Səfir qeyd edib ki, Azərbaycanla Rusiya arasında turizm də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq səviyyəsi artıb.
Rəsmi qəbulda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin təbrikini oxuyub.
Daha sonra V.Doroxin Bakı və Azərbaycan arxiyepiskopu Aleksandrı Dostluq Ordeni ilə təltif edib.